Milli komandamız yenidən Lənkəran stadionunda - EKSKLÜZİV
Paylaş
DÇ və AÇ-nin seçmə oyunları "Fırtınalar meydanı"nda keçiriləcək
Fanat: Azərbaycan yığma komandası bu ilin sentyabrın 5-də bir yenilik etdi. Belə ki, seçmə oyun ilk dəfə Bakıda deyil, bölgədə Lənkəran şəhər mərkəzi stadionunda keçirildi. Həmin oyunda millimiz Finlandiyaya 1:2 hesabı ilə uduzdu.
Fanat.az xəbər verir ki, Azərbaycan yığması qarşıdakı Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində də cənub şəhərinə üz tutacaq. Belə ki, AFFA rəhbərliyi yığmanın Azərbaycanın bölgələrində rəsmi oyun keçirməsində maraqlıdır. Buna heç Lənkəran şəhər mərkəzi stadionun rəsmiləri də narazı deyillər.
Qeyd edək ki, Xəzər Lənkəran avrokuboklara vəsiqə qazanacağı təqdirdə ev oyunlarını Lənkəranda keçirəcək. Ötən dəfəkindən fərqli olaraq, artıq Lənkəranda beynəlxalq standartlara cavab verən hava limanı fəaliyyət göstərir.
Oxunub: 674 dəfə. Şərhlər: 10
Bu xəbərə fikir bildir və ya şərhlərə bax