Ruslar futbolçularımız üçün "yaşıl işıq" yandırdı
Paylaş
Premyer Liqada transfer pəncərəsi aprelin 8-dək açıq olacaq
Fanat: Rusiya Peşəkar Futbol Liqası transfer pəncərəsinin bağlanması ilə bağlı qərarını dəyişib. Fanat.az xəbər verir ki, transfer pəncərəsi əvvəlcədən nəzərdə tutulduğu vaxtda yox, daha gec bağlanacaq.
Belə ki, ötən ilin dekabrında qəbul olunan qərara görə, pəncərə martın 18-də bağlanmalı idi. Lakin RPFL-in yeni qərarına əsasən transfer müddəti aprelin 8-dək davam edəcək. Bu müddətdə klublar heyətinə yeni futbolçular qata biləcək.
Təbii ki, rusların bu qərarı daha çox azərbaycanlı futbolçuları sevindirməlidir. Çünki hazırda bir neçə futbolçumuzun rus klublarına keçidi gündəmdədir. Araz Abdullayevin "Rubin"ə, Elnur Allahverdiyevin isə Premyer Liqanın başqa bir iştirakçısına transferi müzakirə olunur. "Neftçi" Arazın keçidinə "hə" cavabı verib, digər gənc futbolçularının transferi isə prezident Sadıq Sadıqovun martın 23-də Kazana baş tutacaq səfəri zamanı müzakirə ediləcək. Elrun isə "Qarabağ"la razılaşa bilsə, aprelin 8-dək Premyer Liqa klublarından biri ilə müqavilə imzalaya bilər.
Oxunub: 558 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax