Ən yaxşı qapıçını biz seçirik!
Paylaş
Fanat: Peşəkar Futbol Liqası 2009-2010 mövsümünün ən yaxşılarını müəyyənləşdirir. Avqustun 6-da Premyer Liqanın medalçılarına mükafatları təqdim edəcək qurum eyni zamanda mövqelər üzrə mövsümün ən yaxşı oyunçularını da elan edəcək.
Ən yaxşıları müəyyənləşdirmək üçün mətbuatın da imkanlarından yararlanan PFL mövsümün ən yaxşı qapıçısını seçmək imkanını Fanat İdman Agentliyinə həvalə edib. Biz də seçimin daha obyektiv olması üçün oxucularımıza müraciət edirik. Sizcə, mövsümün ən yaxşı qapıçısı kimdir? Buyurun, Fanat.az-ın şərhlər bölməsində fikirlərinizi bildirin...
Qeyd edək ki, oxuculara fikir bildirmək üçün avqustun 3-dək vaxt verilir. Həmin tarixdən sonra bütün fikirlər ümumiləşdiriəcək və mövsümün yekunları da nəzərə alınmaqla Fanat İdman Agentliyinin seçimi Peşəkar Futbol Liqasına təqdim olunacaq.
|
Ən yaxşı qapıçı |
|
№ |
Qapıçı |
Klubu |
Ölkəsi |
|
1 |
Georgi Lomaya |
İnter |
Gürcüstan |
|
2 |
Xalidu Sissoko |
Bakı |
Seneqal |
|
3 |
Fərhad Vəliyev |
Qarabağ |
Azərbaycan |
|
4 |
Kamran Ağayev |
Xəzər Lənkəran |
Azərbaycan |
|
5 |
Paulis Qribauskas |
Neftçi |
Litva |
Qeyd: Hər oxucunun yalnız bir seçimi nəzərə alınacaq. Ad-soyad və dəqiq e-mail ünvanı göstərilməyən şərhlər qeydə alınmayacaq.
Oxunub: 699 dəfə. Şərhlər: 141
Bu xəbərə fikir bildir və ya şərhlərə bax