Polşalı mütəxəssis Bakı haqda nə dedi?
Paylaş
Anjey Baxr: "Orada xeyli yeni binalar var idi, hətta Sovet vaxtlarından qalma binaları da gördüm"
Fanat: "Bakıya getmək mənim üçün o qədər də çətin olmadı. Vyanaya uçdum, oradan da dörd saata Azərbaycanın paytaxtına getdim. Lakin geri qayıtmaq çətin oldu. Frankfurt və Münhendə enməli oldum. Bakıdan Krakovadək olan məsafə 3000 km.dir. Lakin bu gün bu, problem deyil". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ" - "Portadaun" oyununu canlı izləmiş "Visla"nın məşqçisi Anjey Baxr deyib.
Polşa klubunun məşqçisi Bakı haqqında da fikir bildirib: "Orada xeyli yeni binalar var idi. Sovet vaxtlarından qalma binaları da gördüm. Şərq arxitekturasını da görmək mümkündür".
Vaxq Bakının hava şəraitində ehtiyalı olmağı lazım bilib: "Portadaun"a qarşı oyun axşam saatlarında başladı, lakin yenə də hava çatmırdı. Ancaq buna hazır olsaq, problem olmayacaq".
Polşalı mütəxəssis azarkeşlərimizir tərifləyib: "Stadion 30 min tamaşaçı tutumuna malikdir, lakin oyunda 14 min azarkeş var idi. Mən Azərbaycan tamaşaçısını argentinalılarla müqayisə edərdim. Hətta "Qarabağ" qapısında qol görəndə də azarkeşlər komandalarının adını çağırırdılar".
Vaxq "Qarabağ" rəsmilərinə təşəkkür edib: "Mən Azərbaycan klubunun nümayəndələrinə çox minnətdaram. Məni hava limanında qarşıladılar və stadiona kimi apardılar".
"Qarabağ"ın oyunu haqqında fikir bildirən mütəxəssis bunları deyib: "Rəqib fiziki baxımdan yaxşı hazırlıqlı idi və topu özündə saxlamağı bacarırdı. Bu xarakteristika sözügedən regionun komandalarına xasdır. Müdafiədə zəif yerlər tapmaq olar".
Oxunub: 448 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax