Litva yığmasının daha bir üzvü "İnter"də
Paylaş
Bank klubu "Ekranas"ın yarımmüdafiəçisini baxışa çağırdı
Fanat: "İnter" baxışa daha bir futbolçu çağırıb. Fanat.az xəbər verir ki, ötən gün Litva yığmasında forma geyinmiş Aurimas Kuçis Bakıya gəlib. "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze litvalı yarımmüdafiəçini qarşıdakı yoxlama oyunlarında sınayıb, onun komandada qalıb-qalmayacağına qərar verəcək.
Qeyd edək ki, Kuçis 22 fevral 1981-ci ildə Litvada dünyaya gəlib. 1 m 89 sm boyun olan yarımmüdafiəçi karyerasına Litvanın "Ekranas" klubunda başlayıb (1998-2006, "Ekranas" 257 oyun, 25 qol). 2007-ci ildə Latviyanın "Dauqava" klubunda 21 oyun keçirib, 3 qol vuran futbolçu 2008/2009 mövsümündə Ukraynanın "Naftovik" klubunun şərəfini qoruyub (20 oyun, 1 qol). 2009-cu ildə bir müddət "Zakarpatiya"nın (Ukrayna) düşərgəsində olan futbolçu həmin ilin yayında, Litvaya dönərək "Ekranas"la müqavilə imzalayıb (17 oyun, 4 qol).
2002-ci ildən Litva millisinə çağırılan futbol 17 oyunda yığma formasını geyinib. O, 2005-ci ildə "Baltik Kuboku"nun qalibi olub.
Oxunub: 291 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax