Milli komandamızda milliləşdirmə siyasəti
Paylaş
Yığmaya çağırılan bütün futbolçular azərbaycanlıdır
Fanat: Futbol üzrə qadınlardan ibarət yığma komandamız Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək son 2 matçın hazırlıqlarına başlayıb. Fanat.az ANS TV-yə istinadən xəbər verir ki, yığmamız toplanış üçün Quba Olimpiya Kompleksini seçib.
Millimiz gün ərzində iki dəfə, səhər və axşam məşqlərə çıxır. Komandanın məşqçisi Kəmalə İbadullayeva yetirmələrini həm fiziki, həm taktiki, həm də texniki tərəfdən hazırladığını bildirib. Diqqət çəkən məqamlardan biri isə yığmaya cəlb olunan 25 oyunçunun hamısının azərbaycanlı olmasıdır. Məşqçilər heyətini narahat edən komandanın əsas qapıçısı, Günel Mütəllimovanın zədəli olmasıdır.
Qeyd edək ki, qızlarımız avqust ayının 21-də səfərdə uelsli həmkarları ilə qüvvəsini sınayacaq. Nyutaun şəhərinin Lazam Park stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19.00-da başlayacaq. Bundan 4 gün sonra isə seçməmiz Çexiya yığmasının qonağı olacaq.
Oxunub: 335 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax