Qurban Qurbanov: "Biz qələbəyə layiq idik"
Paylaş
"Hələ heç nə həll olunmayıb"
Fanat: "Təbriklər üçün hər kəsə təşəkkür edirəm. Məncə hələ heç nə həll olunmayıb. Düzdü, biz səfər oyununda çox gözəl nəticə qazandıq. Amma hələ cavab matçı var. Bakıdakı oyun daha çətin keçəcək. Çünki rəqib qisas almağa çalışacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Visla" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Çox maraqlı və gözəl oyun keçdi. Biz güclü komandaya qarşı oynadıq. Həm rəqib, həm də bizim çox sayda qol imkanımız oldu. Fikrimcə, qələbəyə layiq idik", Qurbanov əlavə edib.
Baş məşqçi bildirib ki, rəqib oyunçunun qırmızı vərəqə alması "Qarabağ"ın işini asanlaşdırmayıb: "Bunozanın qırmızı vərəqə alması bizim işimizi asanlaşdırmadı. Sadəcə, hər iki komanda bundan sonra açıq futbol oynamağa başladı".
Qurbanov "Visla"nın güclü komanda olduğunu vurğulayıb: "Visla" heç də zəif komanda deyil. Bu komandanın böyük potensialı var. Onlar cavab oyununda qisas almağa çalışacaq.
Oxunub: 477 dəfə. Şərhlər: 5
Bu xəbərə fikir bildir və ya şərhlərə bax