Henrik Kaspeçak: "Çox üzr istəyirəm"
Paylaş
"Vəziyyətimiz çox pisdir"
Fanat: "Bu gün komandamız çox yaxşı oynadı. Xüsusi ilə hücum xəttində yaxşı təsir bağışladıq. Amma imkanlarımızı dəyərləndirə bilmədik. Hətta penaltini ble boşa verdik. Hər kəsdən çox üzr istəyirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra "Visla"nın baş məşqçisi Henrik Kaspeçak deyib.
"Kleberi bu oyunda oynada bilmədik. Onun yerinə Bunozanı oynatmaq qərarına gəldim. O, komandanın oyununu gücləndirdi. Rafal Boquskidən narazı qaldım. O, üç yüz faizlik imkanı boşa verdi. Bacarığından çox-çox aşağı səviyyədə oynadı. Bilirəm ki, o, daha yaxşı oynaya bilərdi", deyə polşalı mütəxəssis əlavə edib.
Kaspeçak Bakı səfərinin çox çətin keçəcəyini bildirib: "Qarşıda cavab oyunu var. Düzdü, bizi heç dəfə asan səfər gözləmir. Vəziyyətimiz çox pisdir. Çünki rəqib öz evində meydana 1:0 hesablı üstünlüklə çıxacaq. Gizlətmirəm, bu məğlubiyyət mənim və komandam üçün yaxşı nəticələnməyəcək. Amma oyunu səbirsizliklə gözləyirəm. Bakıya yalnız qələbə üçün yollanacağıq. Bir daha bu gün komandamızı dəstəkləyən azarkeşlərdən üzr istəyirəm. Təəssüf edirəm ki, onların gözlədiyi nəticəni qazana bilmədik.
Oxunub: 444 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax