"Neftçi" hücumçu axtarışlarını davam etdirir
Paylaş
Emil Mpenza Bakıya gələcək?
Fanat: Yeni mövsümdə böyük hədəflər uğrunda mübarizə aparmaq niyyətində olan "Neftçi" heyətinə daha bir futbolçu aqatacaq. Fanat.az xəbər verir ki, hücum xəttindən tam razı olmayan flaqmanın baş məşqçi Arif Əsədov rəhbərlikdən bir forvardın transferini istəyib.
Baş məşqçinin istəyini yerinə yetirmək niyyətində olan klub rəhbərliyi axtarışlarını davam etdirir. Belçika yığmasının forvardı Emil Mpenza ilə danışıqları davam etdirən "Neftçi"nin başbilənləri başqa ölkələrdə də uyğun hücumçu axtarır. Bu transferin yaxın günlərdə reallaşacağı gözlənilir.
Qeyd edək ki, "Neftçi" bu yay 8 futbolçu ilə güclənib. Onlardan biri qapıçı (Rauf Mehdiyev), üçü müdafiəçi (Alessandro Viana da Silva, Denis Silva, İqor Mitreski), ikisi yarımmüdafiəçi (Slavko Georgiyevski, Ruslan Qurbanov), üçü isə hücumçudur (Fərid Quliyev, Flavinyo, Bahodir Nasimov).
Oxunub: 318 dəfə. Şərhlər: 1
Bu xəbərə fikir bildir və ya şərhlərə bax