"Qalatasaray" 6 dəqiqədə hər şeyi itirdi
Paylaş
"Buduçnost" doğma meydanda məğlub oldu, "Beşiktaş" səfərdə heç-heçə etdi
"Liverpul"la "Yuventus" dublla qələbə qazandı
Fanat: Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, "Qarabağ"ın səfər oyununda "Visla"ya qalib gəldiyi gecədə Türkiyənin iki komandası meydana çıxıb.
"Qalatasaray" "Ali Sami Yen"də Belqradın OFK komandasını qəbul edib. "Sarı-qırmızılılar"ın tam üstünlüyü şəraitində keçən qarşılaşmada hesabı 26-cı dəqiqədə kapitan Arda Turan açıb. Arda 76-cı dəqiqədə fərqi iki topa çatdırsa da, "Qalatasaray" üstünlüyünü qoruya bilməyib. Rəqibin arxayınlaşmasından yararlanan serblər 80 və 86-cı dəqiqələrdə iki qol vuraraq, İstanbuldan heç-heçə ilə dönüblər.
"Beşiktaş" Çexiyada "Viktoriya Plzen"in qonağı olub. Hesabı 28-ci dəqiqədə meydan sahibləri açsa da, ilk yarının son dəqiqəsində 11 metrlik cərimə zərbəsini qola çevirən Delqado komandasının Türkiyəyə "sülh"lə dönməsinə səbəb olub.
"Bakı"nın iki oyunda da qalib gəldiyi, lakin UEFA tərəfindən texniki qələbə alaraq mərhələ adlayan "Buduçnost" evdə "Brondbü"nü qəbul edib. Danimarka təmsilçisi Çernoqoriyadan qələbə ilə qayıdıb - 2:1.
Gecənin maraqlı qarşılaşmalarından biri İrlandiyada baş tutub. İtaliya "Yuventus"u "Şemrok Rovers"in qonağı olub və 2:0 hesablı qələbə qazanıb. Hər iki qola Amauri imza atıb.
"Liverpul" eyni hesabla Makedoniyada "Rabotniçki"yə qalib gəlib. İngiltərə klubunun heyətində N’Qoq dubl edib.
Fransa "Monpelye"si Macarıstanda "Gyor"un qonağı olub və Jirunin vurduğu qolla qələbə qazanıb.
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
27 iyul
ÇSKA (Bolqarıstan) - Kliftonville 3:0
Qollar: Pavel Vidanov, 9. Marquinhos, 72. Rumen Trifonov, 74.
29 iyul
Visla (Polşa) - Qarabağ (Azərbaycan) 0:1
Qol: Vüqar Nadirov, 69.
Qalatasaray (Turkiyə) - OFK (Serbiya) 2:2
Qollar: Arda Turan, 26; 76 - Krstiç, 80. İnyats 86.
Viktoriya Plzen (Çexiya) - Beşiktaş (Turkiyə) 1:1
Qollar: Limberski, 28 - Delqado, 45-pen.
Buduçnost (Çernoqoriya) - Brondbü (Danimarka) 1:2
Qollar: Beçiray, 90+3 - Adamoviç, 73 (avtoqol). Yensen, 87.
Şemrok Rovers (İrlandiya) - Yuventus (İtaliya) 0:2
Qollar: Amauri, 3; 75.
Rabotniçki (Makedoniya) - Liverpul (İngiltərə) 0:2
Qollar: N’Qoq, 17; 59.
Gyor (Macarıstan) - Monpelye (Fransa) 0:1
Qol: Jiru, 32.
Dnepr (Belarus) - Banik (Çexiya) 1:0
Qol: Zenkoviç, 63.
Beroe Stara-Zaqora (Bolqarıstan) - Rapid (Avstriya) 1:1
Qollar: Zlatinov, 85 - Xofmann, 45+1.
MüPA-47 (Finlandiya) - Timişioara (Rumıniya) 1:2
Qollar: Riketts, 50 - Tameş, 34. Aksente, 74.
Sibir (Rusiya) - Apollon (Kipr) 1:0
Qol: Medvedev, 74.
Spartak Zlatibor-Voda (Serbiya) - Dnepr (Ukrayna) 2:1
Qollar: Torbika, 16-pen; 90-pen - Kravçenko, 23.
İnter (Finlandiya) - Genk (Belçika) 1:5
Qollar: Qrot, 54 - De Bryuin, 17. Oqundjimi, 44. Barda, 61. Vossen, 77; 85.
Rux (Polşa) - Austriya (Avstriya) 1:3
Qollar: Pulkovski, 4 - Lints, 7. Qlinka, 43. Yun, 73.
Karpatı (Ukrayna) - Zestafoni (Gürcüstan) 1:0
Qollar: Xudobyak, 6.
Elfsborq (İsveç) - Teteks (Makedoniya) 5:0
Qollar: İşizaki, 29. Svensson, 50. Avdiç, 57. Nordmark, 66. Kin, 77.
Molde (Norveç) - Ştutqart (Almaniya) 2:3
Qollar: Mostrem, 65. Hoset, 76 - Rudi, 27. Kuzmanoviç, 74. Harnik, 82.
Utrext (Hollandiya) - Lütsern (İsveçrə) 1:0
Qol: Mertens, 35.
Randers (Danimarka) - Lozanna-Sport (İsveçrə) 2:3
Qollar: Movsisyan, 7; 81 - Ştoyble, 41. Oliveyra, 62; 84-pen.
Olesunn (Norveç) - Mazervell (Şotlandiya) 1:1
Qollar: Matisen, 90+3 - Merfi, 48.
APOEL (Kipr) - Yablonents (Çexiya) 1:0
Qol: Solari, 55.
Odense (Danimarka) - Zrinski (Bosniya və Herseqovina) 5:3
Qollar: Qislason, 16. Absalonsen, 23. Utaka, 31; 60. Andreasen, 37 - Zadro, 15; 71. Jijoviç, 65-pen.
Kalmar (İsveç) - Levski (Bolqarıstan) 1:1
Qollar: Dauda, 83 - Joauzinyo, 28.
Makkabi (Hayfa, İsrail) - Dinamo (Minsk, Belarus) 1:0
Qol: Dvalişvili, 30.
Serkl-Brügge (Belçika) - Anortosis (Kipr) 1:0
Qol: Foli, 68.
Dinamo (Buxarest, Rumıniya) - Hayduk (Xorvatiya) 3:1
Qollar: Kristya, 6-pen. Qarat, 40. Kone, 70 - Tomasov, 64.
Nordşelland (Danimarka) - Sportinq (Portuqaliya) 0:1
Qol: Vukçeviç, 24.
Maribor (Sloveniya) - Hibernian (Şotlandiya) 3:0
Qollar: İliçiç, 31; 52. Markos Tavares, 60.
Srvena Zvezda (Serbiya) - Slovan (Slovakiya) 1:2
Qollar: Trifunoviç, 63 - İvana, 43. Salata, 68.
Olimpiakos (Yunanıstan) - Makkabi (Tel-Əviv, İsrail) 2:1
Qollar: Zairi, 67. Rommedal, 73 - Medunyanin, 18-pen.
Şturm (Avstriya) - Dinamo (Tiflis, Gürcüstan) 2:0
Qollar: Feldhofer, 49. Kinast, 59.
Maritimu (Portuqaliya) - Banqor Siti (Uels) 8:2
Qollar: Tşo, 33; 79. Dias, 38; 75. Diavara, 51; 76. Kanu, 80. Fidelis, 90 - Uord, 73. Cebb, 90.
Alkmaar (Niderlandı) - Höteborq (İsveç) 2:0
Qollar: Klavan, 52. Qudmundsson, 55.
Yaqelloniya (Polşa) - Aris (Yunanıstan) 1:2
Qollar: Qjib, 24 - Toni, 4; 7-pen.
Oxunub: 308 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax