"Visla"nın oyunçusu: "Mən cinayətkaram"
Paylaş
"Acı həqiqət budur ki, azərilər bizdən yaxşı oynadı"
Fanat: "Biz də yaxşıt oynadıq. Sadəcə, azərilər daha yaxşı idi. Təəssüf ki, penaltini dəqiq yerinə yetirə bilmədim". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapısına təyin olunan penlatini dəqiq yeiinə yetirə bilməyən "Visla"nın oyunçusu Maçey Juravski deyib.
Polşalı futbolçu nəticənin oyuna görə olmadığını bildirib: "Bizim çox sayda qol imkanımız oldu. Azərilərində belə imkanları var idi. Ümumiyyətlə oyun 1:0 hesabı ilə qurtarmamalı idi. Ən azı 3-4 qol vurmaq olardı. Səmimi deyirəm, mənim heç bir bəhanəm yoxdur. "Visla" kimi komanda belə vəziyyətlə üzləşməməli idi".
Penalti zərbəsini yerinə yetirə bilməyən futbolçu bununla cinayət etdiyini deyib: "Etiraf edirəm ki, matçı bərbad günə saldım. Penaltini vura bilməməklə mən cinayət etmişəm. Acı həqiqət budur ki, azərilər bizdən yaxşı oynadı. Bəli, bir daha deyirəm, bu, sadəcə olaraq, cinayətdir. Mən penaltini vura bilməməyimə başqa ad tapa bilmirəm".
Juravski Bakıda qələbə qazanmalı olduqlarını desə də, bunun heç də asan başa gəlməyəcəyini bildirib: "Bundan sonra nə etməli olduğumuz bəllidir. Bu psixoloji gərginlikdən qurtulmalı və cavab oyununa hazırlaşmalıyıq. Hamı üzərinə düşən məsuliyyəti bilir. Azərbaycan komandasına səfərdə qalib gəlməliyik. Ancaq bu asan olmayacaq. Çünki "Qarabağ" çox güclü komandadır".
Oxunub: 338 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax