Azərbaycan Bolqarıstanın İdman Nazirliyini qəzəbləndirib
Paylaş
"Biz atletlərimizi ölkəzidə saxlamaq istəyirik"
Fanat: Bolqarıstanın İdman Məsələləri üzrə Nazirliyi Azərbaycana qəzəblənib. Fanat.az bolqar mediasına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan Ağır Atletika Federasiyasının bu ölkədən olan beş ağırlıqqaldıranı milliləşdirməsi olub.
İdman Məsələləri üzrə Nazirlik belə halların qarşısını almaq üçün bolqar idmançıların satışına qadağa qoymağa hazırlaşır. Bu barədə Bolqarıstanın İdman Məsələləri üzrə Nazirliyindən verilən açıqlamada bildirilir: "Biz bolqar atletlərin başqa ölkələrə üz tutmasının qarşısını almaq üçün müxtəlif yolları nəzərdən keçiririk. Çünki bu normal hal deyil. Biz onları gənc olduqları zaman hazırlayırıq və sonra başqa ölkələrə gedirlər. Həmin idmançalar olimpiadada ölkəmizi də təmsil edə bilərlər. Bunun üçün lazım olan imkanlarımıh da var. Misal üçün qeyd edim ki, bolqar avarçəkən Aleksandr Aleksandrov bu günlərdə Azərbaycan üçün Dünya çempionatında gümüş medal qazandı. Biz atletlərimizi ölkəzidə saxlamaq istəyirik. Çünki onlar bizim gələcəyimizdir".
Azərbaycan Ağır Atletika Federasiyası bolqar atletlər - İvan Stoitsov, Veliçko Çolakov, Angel Petrov, Rumyana Petkova və Silviya Angelovanı milliləşdirmək istəyir. London olimpiadasında ölkəmizi təmsil edəcək bu idmançalara 1 milyon dollar mükafat vəd edilib.
Oxunub: 294 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax