Tuyqun Nadirov: "Katalin Domanla müqavilə bağlaya bilərik"
Paylaş
"Xəzər Lənkəran" rumın futbolçunun Bakıya gəlməsi xəbərini təsdiqlədi
Fanat: "Xəzər Lənkəran" daha bir rumıniyalı futbolçu ilə danışıqlar aparması barədə xəbərləri rəsmən təsdiq edib. Bu barədə Fanat.az-a Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
Klub rəsmisi bildirib ki, ötən gün ölkəmizə gələn Katalin Domanla hazırda danışıqlar gedir: "Futbolçu həqiqətən də Bakıdadır. Hazırda onunla danışıqlar davam edir. Ola bilsin ki, müqavilə imzaladıq. Amma hələ ki, heç nə dəqiqləşməyib".
Qeyd edək ki, Katalin Doman karyerası ərzində Rumıniyanın "Daçiya" (Mioveni) və "Arges" klublarında forma geyinib. Doman bir müddət Rumıniya U-21-nə dəvət alıb. Rumıniya mətbuatının məlumatına görə, "Xəzər Lənkəran" yarımmüdafiənin və hücumun sol cinahında oynayan 22 yaşlı futbolçunun transferi üçün 200 min avro xərcləyəcək.
"Xəzər Lənkəran" ötən gün rumıniyalı Stanku Stelianlə müqavilə imzalayıb.
Oxunub: 304 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax