"Rəhbərliyə dedim ki, Azərbaycanda oynamaq istəmirəm"
Paylaş
Martin Kamburov: "Çünki o zaman yığmanın qapıları üzümə bağlanardı"
Fanat: Bolqarıstanın "Lokomotiv" (Sofiya) klubunun 29 yaşlı keçmiş hücumçusu Martin Kamburov Azərbaycan klublarının təklifindən imtina edib. Fanat.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib.
Bolqarıstan mətbuatına müsahibə verən futbolçu Azərbaycanda oynamaq istəmədiyini bildirib: "Xarici komandalardan Polşa "Poloniya"sı məni heyətinə qatmaq istəyirdi. Azərbaycandan da bir neçə komandadan təklif almışdım. Ancaq rəhbərliyə dedim ki, bu ölkədə oynamaq istəmirəm. Bolqarıstandan uzaqlaşmaq istəmirdim. Əgər Azərbaycandan aldığım təklifə müsbət cavab versəydim, milli komandadan kənarda qalardım. Yığmanın qapıları mənim üzümə bağlanardı.
Qeyd edək ki, 29 yaşlı hücumçu karyerası ərzində Bolqarıstanın "Botev", "Lokomotiv" (Plovdiv), "Svilenqrad", "Spartak", Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" (Dubay) və Yunanıstanın "Asteras" klublarının şərəfini qoruyub. 2009/2010 mövsümünü Sofiya "Lokomotiv"ində (44 oyun, 33 qol) keçirən futbolçu bir neçə gün öncə Çinin "Dalian Şide" klubu ilə müqavilə bağlayıb.
Hazırda Bolqarıstan yığmasının üzvü olan Martin indiyədək 14 dəfə milli formanı geyinib. 2004-cü ildə "Lokomotiv"lə (Plovdiv) Bolqarıstan çempionluğunu və Super Kubokunu qazanıb.
Oxunub: 391 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax