"Bakı"nın müdafiəçiləri "İnter"in qapıçısına qarşı
Paylaş
Aleksey Savinovla Vadim Borets Moldova yığmasına çağırıldı
Fanat: Moldova yığma komandasının Qabi Balint Gürcüstan yığması ilə yoldaşlıq oyunu üçün heyəti açıqlayıb. Fanat.az xəbər verir ki, 24 futbolçuya dəvət göndərən mütəxəssis Azərbaycan Premyer Liqasını da yaddan çıxarmayıb.
Belə ki, Balnit "Bakı"nın müdafiəçiləri - Aleksey Savinovla Vadim Boretsi yığmaya dəvət edib. Baş məşqçi AZAL-dan kənarlaşdırılan və bir müddət əvvəl Ukraynanın "Çernomorets" klubu ilə müqavilə imzalayan Anatoliy Doroşu, həmçinin Mahir Şükürovla birlikdə "Anji"nin formasını geyinən Nikolay Josana da dəvət göndərib.
"Bakı"nın hücumçusu Vyaçeslav Sofroni, AZAL-dan kənarlaşdırılan Sergey Laşenkov və "Xəzər Lənkəran"ın yollarını ayırdığı Denis Kalinkov yığmaya çağırılmayıb.
Qeyd edək ki, Moldova - Gürcüstan oyunu avqustun 11-də Kişinyovda keçiriləcək. Gürcüstan yığmasında "İnter"in qapıçısı Georgi Lomaya çıxış edir.
Oxunub: 324 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax