|

|
Seçdiklərimiz
30-07-2010 Azərbaycan çempionu özünə yeni klub tapdı
Paylaş
"İnter"in keçmiş qapıçısı "Neftoximik 1986" klubu ilə müqavilə bağladı Fanat: "İnter"in keçmiş qapıçısı, 2007/2008 mövsümündə Azərbaycan çempionu olmuş Svilen Simyonov özünə yeni klub tapıb. Fanat.az xəbər verir ki, bolqar qolkiper vətənində "Neftoximik 1986" klubu ilə müqavilə bağlayıb. Qeyd edək ki, Simyonov 2007-2009-cu illərdə "İnter"də çıxış edib. Qolkiper Bakını tərk etdikdən sonra anlaşdığı klublarda möhkəmlənə bilməyib. Belə ki, Varna "Spartak"ında 11 oyuna çıxan Simyonov "Nesebar"da cəmi 6 oyun keçirib. 35 yaşlı qapıçı "İnter"dən əvvəl vətənində "Dobrudza" və "Naftex" klublarının şərəfini qoruyub. Oxunub: 322 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|








