"Mirça Rednik Rumıniyaya getməyib"
Paylaş
Tuyqun Nadirov: "Baş məşqçi neçə futbolçu istəsə, alınacaq"
Fanat: "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednikin Rumıniyaya getməyib. Bu barədə Fanat.az-a Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
Qeyd edək ki, Rednik ötən gün "Xəzər Lənkəran"ın məşqinə qatılmayıb. Komanda onun köməkçisi Mihay Kejanın rəhbərliyi altında məşq edib. Baş məşqçinin ölkəmizə gətirmək istədiyi futbolçularla danışıqlar aparmaq üçün Rumıniyaya getdiyi deyilir. Lakin Tuyqun bəy bildirib ki, Rednik hazırda Lənkərandadır: "Baş məşqçimiz Lənkərandadır. Onun Rumıniyaya getməsi ilə bağlı xəbərlər həqiqətəuyğun deyil. Sadəcə, işi olduğu üçün məşqə qatılmayıb".
Vitse-prezident transfer pəncərəsi bağlanana qədər neçə futbolçu alacaqlarını bilmədiyini deyib: "Baş məşqçinin qarşısına neçə futbolçunun alınması ilə bağlı şərt qoyulmayıb. Hər şeyin onun qərarından aslı olacaq. Rednik neçə oyunçuya ehtiyac duysa, transfer olunacaq".
Tuyqun bəy mövsümün startına qədər komandanın yoxlama oyunu keçirib-keçirməyəcəyinin də hələ məlum olmadığını bildirib: "Hələ ki, belə bir qərar yoxdur. Yaxın 2-3 gün ərzində hansısa yoxlama oyunu planlaşdırılmayıb. Amma ola bilər. Əgər baş məşqçi istəsə, yoxlama oyunu keçirəcəyik".
Oxunub: 470 dəfə. Şərhlər: 1
Bu xəbərə fikir bildir və ya şərhlərə bax