Millimizin rəqibi "Real"a transfer olundu
Paylaş
Madrid klubu Sami Kediranı 14 milyon avroya aldı
Fanat: Almaniya yığmasının və "Ştutqart"ın yarımmüdafiəçisi Sami Kedira "Real"a transfer olunub. Fanat.az xəbər verir ki, bu barədə "Ştutqart"ın rəsmi saytı məlumat yayıb.
Klubun rəsmi açıqlamasında bildirilir ki, 23 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra Madrid klubu ilə rəsmi müqavilə imzalayacaq. "Ştutqart" 2011-ci ilə qədər klubla müqaviləsi olan futbolçu üçün "Real"ın nə qədər transfer haqqı ödədiyini açıqlamayıb.
"Ştutqart"ın idman direktoru Fredi Bobik Kediranın "Real"nın reala getmək istəyini anlayışla qarşıladıqlarını və ona uğurlar arzuladıqlarını bildirib.
Almaniya mətbuatı isə Kediranın qiymətini açıqlayıb. "Bild" qəzeti yazır ki, "Real" bk futbolçunun keçidi üçün "Real" "Ştutqart"a 14 milyon avro ödəyəcək. Kedira özü isə 2015-ci ilə qədər müqavilə imzalayacaq və ildə 3 milyon avro qazanacaq.
Qeyd edək ki, 2004-cü ildən "Ştutqart"ın formasını geyinən Sami iki mövsüm (2004-2006) "Ştutqart-2"də 21 oyun keçirib və 1 qol vurub. 2006-cı ildə əsas komandaya cəlb olunan futbolçu indiyədək 98 oyuna çıxıb və 14 dəfə rəqib qapıçıları məyus edib. 2009-cu ildən 12 dəfə Almaniya millisinə çağırılıb, 1 qol vurub və DÇ-2010-lda bürünc medal qazanıb.
Almaniya AVRO-2012-nin seçmə mərhələsində millimizlə bir qrupda yer alıb. Komandamız bu il sentyabrın 7-də səfərdə almanlarla qarşılaşacaq. Cavab matçı gələn ilin 7 iyununda Bakıda keçiriləcək.
Oxunub: 360 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax