ŞOK! Futbolçular jurnalistləri döydü - VİDEO
Paylaş
Braziliya çempionatında üz qızardan olay
Fanat: Yenə yaşıl meydanlarda dava düşdü. Futbolçuların bir-birləri, hətta azarkeşlərlə dava etməsi kimi hallarla bu günə qədər dəfələrlə rastlaşmışıq. Amma beləsini heç vaxt görməmişdik. Bu dəfə futbolçular min bir əziyyətlə onların işini işıqlandıran, dünyaya çatdıran, məşhurlaşdıran, pul qazandıran jurnalistləri döydü...
Braziliya çempionatının X turu çərçivəsində "Vitoriya" klubu öz meydanında "Qoias"ı qəbul edib. Hesabı 31-ci dəqiqədə qonaq komandanın oyunçusu Martiniano de Miranda Rafael Moura açıb. İki dəqiqə sonra Leandro Pinto Everton Santos fərqi artırıb. 45-ci dəqiqədə Renato Rikardo Konkeykao fərqir azaldıb. Və qarşılaşmanın 89-cu dəqiqəsində İsmael Soares Bastos Neto "Vitoriya"nın bərabərlik qoluna imza atıb. Elə hər şey də bununla başlayıb.
Maçt başa çatandan sonra "Qoias"ın baş məşqçisi, 70-ci illərdə Braziliya yığmasının əfsanəvi qapıçısı hesab olunan, 1970-də dünya çempionu, 1974 və 1978-də dünya üçüncüçüsü olmuş Emerson Leao qapılarına vurulan son dəqiqə qolunun ofsayd olduğunu bildirərək, hakimlə dartışmağa başlayıb. Jurnalistlərin dartışmanı lentə almaq istəyi isə bir anda ortalığı qarışdırıb. Olaya futbolçular müdaxilə edib. Qoiasın iki oyunçusu jurnalistləri yumruq-təpiyə qonaq etməyə başlayıb.
Olay çətinliklə sakitləşdirilib. Baş məşqçi və iki futbolçu həbs olunsa da, daha sonra sərbst buraxılıblar. Braziliya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi hər iki futbolçunu bir aylıq cəzalandırıb.