«Xəzər Lənkəran»da argentinalı hücumçu - FOTO
Paylaş
Lənkəran klubu CFR-in oyunçusu ilə müqavilə bağladı
Fanat: "Xəzər Lənkəran" bu gün növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, Lənkəran klubu argentinalı futbolçu, mərkəz hücumçusu Dieqo Ruizlə anlaşıb. Bu gün "Palmali" Şirkətlər Qrupunun Bakıdakı baş ofisində argentinalı oyunçu ilə iki illik müqavilə imzalanıb.
19 dekabr 1980-ci ildə Argentinanın San Migel de Tukuman şəhərində dünyaya gələn 1,90-lıq hücumçu peşəkar futbol karyerasını 18 yaşında başlayıb. İlk klubu "Lanus" olan (1997-1999) Dieqo daha sonra ardıcıllıqla "San Telmo" (1999-2000, 20 oyun, 4 qol), "Nunorko" (2000-2001, 23 oyun, 4 qo) və "Atletiko Tukuman" (2002-2003, 11 oyun, 2 qol) klublarında çıxış etdikdən sonra Avropaya üz tutub. 2003-2004 mövsümündə Belçikanın "Kortrijk" (I divizion) klubunda 30 oyun keçirib, 8 qol vuran futbolçu Çiliyə yollanaraq, "Kobresal"la (2004, 11 oyun, 3 qol) anlaşıb. 2004-2005 mövsümündə yenidən Belçikya dönərək, "Genk"lə müqavilə bağlayıb. Bu komnadada 25 oyun keçirərək, 7 qol vurub və növbəti dəfə Çiliyə üz tutub. 2005-2008 mövsümündə "Uuaçipato" klubunda forma geyinib (122, oyun, 25 qol) və Avropaya qayıdıb. 2008-ci ildə Rumıniyanın CFR (Kluj) klubu ilə müqavilə bağlayıb. Bu komandada 13 oyun keçirib, 2 qol vurub və Rumıniya Kubokunu qazanıb. Dieqo 2009-cu ildə Türkiyənin "Kasımpaşa" klubuna icarəyə verilib (4 oyun).
Ruiz evlidir, bir körpə oğlu var. Doğma portuqal dilindən başqa ispan dilindədə sərbəst danışır.

Oxunub: 676 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax