Katalin Doman rəsmən «Xəzər Lənkəran»da - FOTO
Paylaş
Lənkəran klubu ikinci rumıniyalı futbolçusunu transfer etdi
Fanat: "Xəzər Lənkəran" ikinci rumın futbolçunun transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, Lənkəran klubu gün 22 yaşlı rumın futbolçu Katalin Domanla iki illik müqavilə imzalayıb.
Katalin 18 yaşından professional futboldadır. O, sol yarımmüdafiəçi mövqeyində oynayır və eyni zamanda sağ yarımmüdafiədədə özünü sərbəst hiss edir. Futbolçu 19 yaşlılardan ibarət Rumıniya millisində 6 oyun keçirib. Bir ara Rumıniya U-21-nə dəvət alıb.
Tam adı Katalin Petre Doman olan futbolçu 30 yanvar 1988-cı ildə Rumıniyanın Drobeta Turnu-Severin şəhərində dünyaya gəlib. 1 m 78 sm boyu olan oyunçu futbolun sirrlərini "CCJ Leonte İanovski" klubunda öyrənib. 2006-cı ildə Pitesti "Arges"inə transfer olunan Doman 3 oyun keçirdikdən sonra Mioveni "Daçiya"sına (Rumıniya) keçib. Bir mövsüm ərzində bu komandada 14 oyuna çıxaraq, 1 qol vurub və 2007-ci ildə "Arges"ə qayıdıb. 2007-2009-cu illərdə komandanın 50 oyununda forma geyinərək, 5 qol vurub.
Doman hələ ki, ailə həyat; qurmayıb.

Oxunub: 406 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax