Mirça Rednik daha bir futbolçunu komandadan kənarlaşdırdı
Paylaş
Devran Ayhan "Xəzər Lənkəran"dan getdi
Fanat: "Xəzər Lənkəran" Mirça Rednikin gəlişindən sonra daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Lənkəran klubu bu gün türkiyəli yarımmüdafiəçi Ayhan Devranla vidalaşıb.
Belə ki, bu gün Lənkərandakı bazada baş məşqçisi Mirça Rednikin iştirakı ilə klub daxili iclas keçirilib. İclasda Devran Ayhanla yolların ayrılması haqqında qərar qarşılıqlı razılaşma şəkilində qəbul edilib.
Qeyd edək ki, 2008-ci ildə "Xəzər Lənkəran"a transfer olunan Azərbaycana gəlməzdən öncə Türkiyənin "Gebzespor", "Batman Petrolspor", "Çaykur Rizəspor", "Qaziantepspor", "Kayseri Erciyesspor", "Ankaraspor", "Ankaragücü" və "Sivasspor" klublarında çıxış edib.
Mirça Rednik bundan əvvəl Dmitri Kramarenko, Zaur Ramazanov, Emeka Opara və Mario Souzanı heyətdən kənarlaşdırmışdı.
Oxunub: 347 dəfə. Şərhlər: 2
Bu xəbərə fikir bildir və ya şərhlərə bax