16:10 24.01.2020 1076

AFFA Həmkarlar İttifaqı ölkə prezidentinə məktub ünvanladı

AFFA Həmkarlar İttifaqının üzvləri ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə, ittiqafın fəaliyyətinə AFFA rəhbərliyi tərəfindən əngəllər yaradılması, ölkə futbolunun vəziyyəti ilə bağlı məlumat verilib.


Bu gün AFFA Həmkarlar İttifaqı "Altus” adlı oteldə mətbuat konfransı keçirmək istəsə də, otel rəhbərliyi texniki problemi əsas gətirərək, konfransın baş tutmasına əngəl olub. İttifaqın sədri Nazim Süleymanov isə otellə bağlı problemi AFFA-nın yaratdığını deyib.


Fanat.Az ölkə prezidentinə ünvanlanan məktubu təqdim edir:


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

AFFA Həmkarlar İttifaqı üzvlərinin müraciəti


Cənab Prezident!


Azərbaycan sürətlə inkişaf edərək, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olaraq ölkəmizin qazandığı hər bir uğur Sizin konkret hədəflərə hesablanan siyasətinizin nəticəsidir. Məhz Sizin uzaqgörən siyasətiniz, prinsipiallığınız və beynəlxalq aləmdə böyük nüfuzunuz sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın böyük uğurlarının fövqündə Sizin modernləşmiş siyasətiniz dayanır. Təsadüfi deyil ki, hər bir sahədə olduğu kimi Sizin uğurlu siyasətiniz nəticəsində ölkəmiz idman sahəsində də sürətlə inkişaf edib. Azərbaycan artıq beynəlxalq aləmdə bir idman ölkəsi kimi tanınır. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir, dünya standartlarına uyğun infrastruktur yaradılır. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir. Dünyanın ən mötəbər beynəlxalq idman tədbirlərinin təşkili ölkəmizə böyük nüfuz qazandırıb. İlk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula-1 Bakı Qran-pri yarışlarının, UEFA Avropa Liqası turnirinin finalının, futbol üzrə bu il keçiriləcək Avropa çempionatının final mərhələsinin dörd qarşılaşmasının, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının Azərbaycana həvalə edilməsi, son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir. Bu diqqət və qayğının nəticəsi olaraq, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, Azərbaycanın bayrağını qaldırır, himnini səsləndirilər.

 

Cənab Prezident!


Çox təəssüf ki, idmanın bütün sferalarında əldə olunan bu uğurları futbola aid edə bilmirik. Baxmayaraq ki, Azərbaycan dövləti, şəxsən Siz başda olmaqla futbola həmişə diqqət və qayğı göstərir. Azərbaycan futbolunun inkişafı üçün infrastrukturun qurulması, futbolçuların yetişdirilməsi üçün dövlət tərəfindən AFFA-ya xeyli vəsait ayrılır. Dünyanın heç bir ölkəsində dövlət Futbol Federasiyasına bu qədər yardım etmir. 2005-2015-ci illəri əhatə edən dövlət proqramı qəbul olunanda ölkə çempionatının yüksək liqasında 18, 1-c divizionunda isə 22 komanda çıxış edirdi. Bu klubların da böyük əksəriyyəti bölgələrimizi təmsil edirdi. Bu gün isə Azərbaycan çempionatının yüksək liqasında cəmi 8 klub çıxış edir ki, bu klubların da 6-sı paytaxt Bakıda məskunlaşıb. Bölgələrdə futbolun səviyyəsi sıfır həddindədir. Mingəçevir, Şirvan, Qazax, İmişli, Quba, Lənkəran, Masallı, Yevlax və s. futbol ənənələri olan bölgələrimiz bu gün heç 1-ci divizionda da təmsil olunmur. Gəncə və Tovuz kimi futbol tariximizdə iz qoymuş bölgələrimiz yalnız 1-ci divizionda çıxış edir və hər ikisi acınacaqlı durumdadır. İqtisadi qüdrəti Azərbaycandan qat-qat zəif olan qonşu Gürcüstan və mənfur düşmənimiz olan Ermənistan çempionatında çıxış edən komandaların sayı bizdən daha çoxdur. Hansı ki, bu ölkələrin heç birində futbola dövlət dəstəyi yoxdur. Ölkəmizdə isə dövlətin dəstəyi ilə xeyli sayda olimpiya kompleksləri, stadionlar tikilib və təmir olunub. Elə sizin göstərişinizlə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidən qurulmasına ilkin olaraq 5 milyon manatın ayrılması da dövlətin və şəxsən sizin futbola olan qayğının göstəricisidir. Çox təəssüf ki, futbol sahəsindəki inkişaf bu diqqət və qayğıya adekvat deyil.


Cənab Prezident!


Bu problemlərin yaranmasının bəlli səbəbi var. Azərbaycanın olduqca güclü futbol ənənələri olub. Ölkəmizdə adlı-sanlı futbolçular yetişib. Çox təəssüf ki, bu gün Azərbaycan futbolunun bəzi veteranları bu sahədən tamamilə uzaq salınıblar. Futbolun inkişaf etdirilməsi üçün veteranların bilik və təcrübəsindən istifadə olunmur. Əvəzində xarici ölkələrdən mütəxəssislər dəvət olunmasına üstünlük verilir. Nəticə isə göz qabağındadır: yığma komandamız 2020-Avropa çempionatının seçmə mərhələsində qitədə ən zəiflərdən oldu, cəmisi 1 xal topladı.


Cənab Prezident!


Azərbaycanın futbol ictimaiyyətinin bir qrup nümayəndəsi bu problemləri görərək, onun həlli istiqamətində öz bilik və bacarıqlarını sərf etmək üçün AFFA Həmkarlar İttifaqını (AFFAHİ) yaradıb. Düşünürdük ki, AFFA rəhbərliyi futbol ictimaiyyətinin bir təşkilatda toplaşaraq futbolumuzun inkişafına töhfə vermək istəyini anlayışla qəbul edəcək və bizim bilik və bacarığımızdan yararlanacaq, təkliflərimizi qəbul edəcək. Çox təəssüf ki, AFFA rəhbərliyi Azərbaycan futbolunun məşhur veteranlarının, ictimai xadimlərinin bu istəyini nəzərə almadı. Qanunvericiliyə görə, Həmkarlar Təşkilatını yaratmaq futbol ictimaiyyətinin müstəsna hüququdur və AFFA da bu təşkilatın normal fəaliyyət göstərməsi üçün şərait yaratmalıdır. Amma qurumun rəhbər şəxsləri birmənalı olaraq bu öhdəliklərindən imtina etdilər. Xatırladaq ki, 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş Həmkarlar İttifaqı haqqında Qanuna uyğun olaraq yaratdığımız təşkilatla birgə əməkdaşlıq etmək məqsədilə AFFA-ya ünvanladığımız rəsmi müraciətə Federasiya rəhbərliyi tərəfindən imtina cavabı almışıq.


Cənab Prezident!


Bu gün uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Bu inkişaf modelinin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial inkişafı özündə ehtiva edən islahatlardır. Son 17 ildə Sizin rəhbərliyinizlə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. 2019-cu ilin əvvəlindən başlayaraq isə respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Ancaq təəssüf ki, bu islahat dalğası futbol təsərrüfatına təsir etməyib. AFFA rəhbərliyi sizin apardığınız siyasətdən, verdiyiniz tapşırıq və tövsiyələrdən nəticə çıxartmır. AFFA-nın idarəetmə sistemində ölkədə aparılan inqilabi islahatlara adekvat addımlar atılmır. Bu da Azərbaycan futbolunun gələcəyinin yenidən qaranlıq olması ilə bağlı narahatlıq yaradır.


Cənab Prezident!


Azərbaycanın futbolda da böyük potensialı var. Biz bu potensialı üzə çıxarda bilsək, Avropanın adlı-sanlı ölkələri ilə rəqabət apara bilərik. Bu potensial imkan verir ki, bölgələrimizdən kütləvi şəkildə istedadlı futbolçular yetişsin, klublarımız Avropada daha böyük uğurlar qazansın, futbolçularımız dünyanın adlı-sanlı klublarında oynasınlar, yığma komandalarımız dünya və Avropa çempionatlarının final mərhələsində iştirak etsinlər. Təəssüf ki, AFFA-dakı idarəetmə sistemi bu potensialın açılmasına imkan vermir. Azərbaycan futbolunun inkişafına töhfə verə biləcək bəzi futbol veteranları futbol idarəçiliyindən tamamilə uzaq salınıblar. Əvəzində futbol təsərrüfatına bu sahəyə aidiyyəti olmayanlar rəhbərlik edirlər ki, onlar da futbol veteranlarının bilik və bacarığından yararlanmaqda maraqlı deyillər.


Cənab Prezident!


Biz futbol veteranları və AFFA Həmkarlar İttifaqının (AFFAHİ) yüzlərlə üzvləri sizin apardığınızı siyasəti, islahatları dəstəkləyirik. İstəyirik ki, ölkəmizin bütün sferalarında nəzərəçarpacaq dərəcədə hiss olunan inkişaf futbolumuza da sirayət etsin. Məhz bu amili nəzərə alaraq, sizə müraciət edirik. Azərbaycanın futbol təsərrüfatından uzaq salınmış veteranların sözünü eşidəcəyinizə inanırıq. İnanırıq ki, bizi qəbul edəcək, Azərbaycan futbolunun problemləri, onların həlli yolları ilə bağlı fikir və təkliflərimizi dinləyəcək, bizə öz dəyərli tövsiyələrinizi verəcəksiniz.

Əvvəlcədən Sizə öz dərin minnətdarlığımızı bildiririk.


Böyük hörmətlə,

AFFA Həmkarlar İttifaqı (AFFAHİ) İdarə Heyətinin üzvləri:

1. Nazim Süleymanov, idman ustası, Rusiya çempionu, Şimali Osetiyanın "Şöhrət” ordenlisi

2. Asəf Namazov, idman ustası, sabiq SSRİ-nin Olimpiya yığmasının üzvü

3. Səmədağa Şıxlarov, "Neftçi” Klubunun veteran futbolçusu, sabiq SSRİ-nin Olimpiya yığmasının üzvü, idman ustası

4. Novruz Əzimov, "Neftçi” klubunun veteran futbolçusu, idman ustası

5. Samir Ələkbərov, "Neftçi” Klubunun veteran futbolçusu, idman ustası

6. Boris Xetaqurov, futbol üzrə Azərbaycan yığmasının və "Neftçi”nin sabiq həkimi, Əməkdar həkim

7. Naib Abdulla, futbol üzrə Azərbaycan futbol yığmasının sabiq həkimi

8. Orucəli Durmuşov, sabiq hakim

9. Əfqan Həmzəyev, sabiq FİFA referisi

10. Anar Xanlarov, "Rekord.az” saytının redaktoru

11. Ramin Allahverdiyev, "C” kateqoriyalı məşqçi, "OLİMPSPORT” jurnalının baş redaktoru


24.01.2020

 

Oxşar xəbərlər

Xəbər lenti

28 Fevral 2020
10:32

“Ştutqart” müdafiəçisi üçün “Qarabağ”dan 1,5 milyon avro istəyir

09:57

AFFA “Badamlı”nın şikayətini təmin etmədi

09:39

"Başakşəhər"dən möhtəşəm nəticə - VİDEO

09:00

"Barselona" ilə oyuna görə qeyri-adi dəstək - FOTOLAR

02:39

AL: "Başakşehir" 1/8 finalda, "Olimpiakos" Londonda sevindi

27 Fevral 2020
22:01

Yüksək Liqa: Bir matçda 24 qol vuruldu

20:44

İranın 23 yaşlı futzalçısı koronavirusdan öldü

20:39

Autizmli uşaq və gənclər arasında bocce yarışı keçirilib

18:56

Avropa Liqasının oyunu təxirə salındı

17:54

Qərb derbisini 3 qol

17:06

Emin Abbasov istefa verdi

16:34

İtaliyada futbolçu koronavirusa yoluxdu

15:28

Klub sahibi uğursuzluğun səbəbini tapdı: "Sekslə çox məşğul olurlar"

15:17

Emil Balayev Norveçə getdi - Danışıqlara başladı

15:10

İki idmançımız Paralimpiya Oyunlarına lisenziya qazandı

14:24

İtaliyalı məşqçi: "Azərbaycan millisindən təklif almışam"

13:42

İlham Əliyevə millinin forması hədiyyə edildi - FOTO

12:29

Turun ən yaxşısı müəyyənləşdi

12:27

"Keşlə"nin 7 futbolçusu rəmzi komandada

12:25

18+ film ulduzundan məşhur futbolçu ilə bağlı şok açıqlama - FOTOLAR

12:14

Nazir: "İdmançılarımıza koronavirusla əlaqədar heç bir məhdudiyyət qoymamışıq"

12:06

Premyer Liqada XIX turun təyinatları

11:44

İK-nın növbəti iclası nə vaxt keçiriləcək? - RƏSMİ

11:21

Avroliqada 1/8 finalçılar müəyyənləşir

10:50

"Keşlə" - "Qarabağ" matçının vaxtı açıqlandı

10:08

ÇL-də həftənin ən yaxşısı kim olacaq?

09:48

“Neftçi” və "Qarabağ"ın ABŞ-da yaşayan sabiq futbolçusu - FOTOLAR

09:38

Transseksualdan məşhur idmançıya ağır ittiham - FOTOLAR

09:19

"Real" evdə Qvardiolaya uduzdu - VİDEO

09:10

"Yuventus" Fransada məğlub oldu - VİDEO

01:22

ÇL: "Real" evdə, "Yuventus" səfərdə uduzdu

00:13

"Bavariya" bombardirini itirdi

26 Fevral 2020
23:06

AL: "Reyncers" 1/8 finala yüksələn ilk komanda oldu

22:19

Premyer Liqada VAR-dan istifadə olunacaq - RƏSMİ

19:18

Tahir Gözəl soyqırımdan danışdı: "Məqsədimiz klubun adına xidmət etməkdi"

18:33

Millimiz "cırtdan"a da yenildi

18:06

Mariya Şarapova karyerasını bitirdi

17:26

“Kəpəz”in məşqində Xocalı faciəsi anıldı

16:43

AFFA Şıxlarovun əməliyyatına görə nə qədər pul verdi? - DƏQİQLƏŞDİ

16:40

"Qarabağ"ın bazasında Xocalı soyqırımı ilə bağlı tədbir - FOTOLAR

16:12

Ronaldo və övladları çılpaq foto ilə gündəmdə

15:05

Azərbaycan idmançıları koronavirusa görə yarışa gedə bilmədi

13:51

Səudiyyə Ərəbistanında inqilabi qərar

12:05

ÇL-in oyunlarını hansı kanallar göstərəcək?

11:12

"Arsenal"ın futbolçusu: "Qarabağ"la oyunu heç vaxt unutmaram"

10:08

Məşhur baş məşqçi Azərbaycan millisində?

09:45

"Barselona" İtaliyada "sülh"ə razılaşdı - VİDEO

09:35

"Bavariya"dan darmadağın - VİDEO

09:03

Xocalı soyqırımından 28 il ötür

01:56

ÇL: "Barselona" Neapoldan sərfəli nəticə ilə dönür, "Çelsi" evində darmadağın oldu

00:45

Renatdan 90 dəqiqə və qol ötürməsi

25 Fevral 2020
22:15

Pektoviç millidə qaldı, amma...

21:33

Skarlatake "Xəzər Lənkəran"ın borclu olduğu pulu SOCAR-dan alacaq

21:00

Riçard Almeyda: "Əl-Əhli"ni yenməyin ayrı ləzzəti var"

18:07

"Qarabağ" Avropada 4-cü oldu

17:25

Kadırov MMA çempionu Yemelyanenko ilə döyüşdü

16:56

4 həftə keçdi, Məmmədov!

16:50

AFFA yarımçıq dayandırılan oyunla bağlı qərarını açıqladı

16:49

"Qarabağ" - "Sabah" matçında futbolçular arasında kütləvi dava

16:25

AFFA Mahir Emrelini bir, "Sabah"ın legionerini iki oyunluq cəzalandırdı

14:14

Elxan Məmmədovun veteranlarla görüşü niyə təxirə salınıb? - SƏBƏB

13:54

Koronavirus Tokio-2020-nin keçirilməsinə mane olmayacaq

13:52

"Səbail"in legioneri Bakıda Rayan Giqqzlə görüşdü

13:42

Sevgilisi 2 il ona işgəncə verib - FOTOLAR

13:12

"Sabah"ın koordinatoru: "Bölgərlərdə kəşf olunmamış uşaqlar var" - VİDEO

12:54

Azərbaycanın ən intizamlı və intizamsız klubları müəyyənləşdi

12:36

Rafael Ağayev olimpiya lisenziyası üçün Avstriyaya getdi

11:52

Arpaçay Karate Klubu XI Beynəlxalq “Baku Open” turnirinə hazırlaşır

11:34

"Sabah"ın futbolçusu: "Dəli kimi ora-bura qaçırdıq"

10:41

Azərbaycan Premyer Liqası: İntizamsızlığa görə Avropada üçüncü...

Facebookdan bizi izləməyi unutmayın.