13:25 27.01.2020 1514

Ailəsinin toyuna gəlmədiyi, adının yeməyə uyğun qoyulduğu - Kobi Brayant

İdman dünyası dünən gecə əfsanəvi basketbolçu Kobi Brayantın ölüm xəbəri ilə sarsılıb.

Milli Basketbol Assosiasiyası (MBA) tarixinin ən yaxşıları sırasında göstərilən "Los Anceles Leykers"in əfsanəsi 41 yaşında helikopter qəzasında dünyasını dəyişib.

13 yaşlı qızını məşqə apararkən helikopter qəzaya uğrayıb və hər ikisi həlak olub.

Bəs görəsən Kobi Brayant kimdir? Onun basketbola gəlmə tarixçəsinə və 20 illik karyerasına göz gəzdirək.
 


Adı Çin yeməyinə uyğun qoyulub

Kobi Braynt 23 avqust 1978-ci il tarixində Filadelfiyada anadan olub. Atası sabiq MBA basketbolçusu olan Kobenin adını anası Çin restoranında yediyi "kobi” üsulu yeməyin adına uyğun qoyub. Kobenin 5 yaşı olanda gələcək həyatına böyük təsiri olan İtaliyaya köçüblər. Atasının oyunlarını izləyə-izləyə basketbola öyrəşib. Ancaq İtaliyada futbolla maraqlanmamaq da mümkün deyildi. Kobe futbola ən az basketbol qədər maraq göstərib. Amma müəyyən vaxtdan sonra bütün diqqəti basketbola yönəlib. Çünki ABŞ-a qayıtmışdılar və boyu da get-gedə uzanırdı. Orada oyununu inkişaf etdirib, hətta 13 yaşında artıq atasına qalib gələcək səviyyədə olub.
 


Filadelfiyanın bombardir məktəblisi

Məktəb illərində əxlaqı, tərbiyəsi ilə hamıdan seçilən Kobe hər gün idman salonuna hamıdan tez girib, hamıdan da gec çıxmağın faydasını görüb. İlk ilində komandasına düz-əməlli köməyi dəyməsə də, sonrakı 3 mövsümdə keçirilən 90 oyunun 77-də qələbə qazanan məktəbini çempionluğa məhz o daşıyıb. Son ilində hər matçda orta hesabla 30 xal, 12 ribaund, 6 assist, 4 topalma və 4 bloka imza atıb. Məktəb illərini başa vurduqda Filadelfiyanın bütün dövrlərdə ən çox xal qazanan məktəblisi kimi tarixə düşmüşdü (Uilt Çamberlayn həmin siyahıda üçüncüdür). Belə möhtəşəm məktəb karyerasının qazancları da az olmayıb: "USA Today" tərəfindən ilin məktəbli basketbolçusu, "Neysmit" (ilin oyunçusu) titullarına layiq görülüb, "McDonald's All American" komandasına dəvət edilib.
 


Kollec oxumadan MBA-ya

1996-cı ildə MBA Drafta kollec oxumadan, məktəb məzunu kimi düşən Kobe Şarlott Hornets tərəfindən seçilib, draftdan dərhal sonra da həmin dönəmin yüksək səviyyəli basketbolçularından olan Vlad Divaçla dəyişdirilərək, "Los Anceles Leykers"ə üz tutub. Bu dəyişiklik tənqidlə qarşılanmışdı. Kollec oxumamış, MBA-da necə oynayacağı bəlli olmayan bir gəncin qarşılığında çempionatın güclü ucaboy hücumçularından birinin verilməsi müzakirələrə səbəb olmuşdu.
 


Ən gənc debütant

Kobi Brayant ilk mövsümünü gözləyərək və öyrənərək keçirib. "Minnesota" ilə görüşdə meydana daxil olmaqla 18 yaş 2 ay 11 günlüyündə MBA tarixinin ən gənc debütantı ünvanına yiyələnib. İlk xalını III turda "Nyu York Kniks"lə görüşdə qazanıb, "Toronto" ilə qarşılaşmada ilk dəfə 10 xalıq sayı əldə edib. O, birinci dəfə 1997-ci il yanvarın 28-də oyuna ilk "beşlik"də başlayıb. 18 yaş 5 ay 5 günlə MBA tarixinin ilk "beşlik"də başlayan ən gənc oyunçusu olub. Həmin qarşılaşmada komandasına 12 xal qazandırıb.
 


49 xalla qazanılan "smaç" çempionluğu

İlk mövsümündə cəlb edildiyi "All-Star" onun üçün çox yaxşı keçib. 31 xalla matçın bombardiri olub. Bir neçə saat sonra "smaç" yarışında havada topu ayaqları arasından keçirərək qazandığı basketlə 49 xal toplayıb və yarışın ən gənc çempionu ünvanına yiyələnib. Bu, eyni zamanda "Los Anceles Leykers" oyunçusunun qazandığı ilk "smaç" çempionluğudur. Həmin il pley-offda ilk uğursuzluğunu yaşayıb. Belə ki, son zərbəsi dəqiq olmayınca, komandasına qələbə qazandırmaq şansını qaçırıb. Əlavə vaxtda da iki qeyri-dəqiq zərbə ilk mövsümünə uğursuz yekun vurmasına səbəb olub.
 


"All-Star"ın ilk "beşliy"inə düşən ən gənc basketbolçu

Növbəti mövsümdən MBA-da daha yaxşı Kobi Brayant var idi. Oyunlarda orta hesabla 26 dəqiqə oynamasına baxmayaraq, 15 xalla ictimaiyyəti təəccübləndirirdi. 1998-ci ildə azarkeş səsverməsi ilə "All-Star" oyununa ilk "beşlik"də başlayıb. Bunu bacaran ən gənc oyunçu kimi də tarixə düşüb. Həmin matçda 18 xal, 6 ribaundla komandasının ən yaxşısı idi və idealı Maykl Cordan önündə pis oyun göstərməmişdi.
 


İlk iki çempionluq və O Nillə qalmaqal

1999-2000 mövsümünə zədəli başlasa da, sağaldıqdan sonra "Los Anceles Leykers"i dayandırmaq mümkün deyildi. Əvvəlcə 16, daha sonra isə 19 oyunluq qələbə seriyası yaxalayan komanda həmin mövsüm 31 görüşün 30-da qalib gəlmişdi. Orta hesabla hər oyunda 22,5 xal, 6,3 ribaund, 4,9 assist və 1,6 topalma əldə edən Kobi karyerasının ilk MBA çempionluğunu qazanıb. Növbəti mövsümdə də komanda çempion olub. Ancaq Şakil O Nillə arasında baş verənlər buna kölgə salıb. Komanda yoldaşı olan cütlük çempionluqda özünü qəhrəman görürdü və aralarındakı qalmaqal getdikcə böyüyürdü. Nəticədə 2003-04 mövsümündə "Los Anceles Leykers" möhtəşəm heyətə baxmayaraq, finalda "Detroit Pistons"a məğlub olub. Cütlük arasındakı qalmaqalların komandaya ciddi ziyan vurduğunu görən rəhbərlik mövsümün sonunda Şakil O Nillə yollarını ayırıb.



Təcavüz iddiası...

MBA-da parlaq çıxışına baxmayaraq, 2003-cü ildə onunla bağlı başlayan məhkəmə prosesi basketbolçunu çox geri atmışdı. Bir qadın Kobinin onu təcavüz etdiyini əsas gətirərək, məhkəməyə müraciət etmişdi. Çətin günlər keçirən Kobi oyunlara son anda yetişə bilirdi. Bütün reklam müqavilələri ləğv edilmişdi, oyunlar zamanı əleyhinə şüarlar səslənirdi. Həmin qadın uzun prosesdən sonra şikayətini geri götürüncə, Kobi də qurtulmuşdu.

...Şəxsi rekordlar, çempionluqlar

Şəxsi rekordlara, parlaq çıxışa baxmayaraq, "Los Anceles Leykers"i heç cür çempion edə bilmirdi. 27 yaşında 16 min xal göstərici ilə MBA tarixinin ən gənc bombardiri adını ələ keçirmişdi. Artıq reklam anlaşmaları artmış, gəlirləri çoxalmışdı. Boş vaxtlarında isə İtaliyada bir qrupla rep deyirdi.
Karyerasını yalnız "Los Anceles Leykers"in heyətində keçirən Kobi Brayant 20 il ərzində 5 dəfə (2000, 2001, 2002, 2009, 2010) çempion olub. 2000-ci ildən basketbolla vidalaşdığı 2016-cı ilə qədər hər il "All-Star"da yer alıb. 11 dəfə MBA-da mövsümün ən yaxşı "beşliy"inə düşüb, 2 dəfə (2006, 2007) mövsümün bombardiri olub.

O, həmçinin ABŞ yığmasının heyətində 2 dəfə Olimpiya çempionu olub. Lakin okeanın o tayında MBA Olimpiadadan dəfələrlə nüfuzlu sayılır. 



Ailəsi imtina edib, toyuna 12 nəfər qatılıb

1999-cu ildə albom çalışması üçün girdiyi bir binada (həmin albom yayımlanmadı) 17 yaşlı rəqqasə Vanessa Laine ilə tanış olan Kobe Braynt 6 ay sonra onunla nişanlanıb. Təxminən bir il sonra - 2001-ci il aprelin 18-də Kaliforniyada evlənən cütlük toyuna cəmi 12 qonaq dəvət edib. Laine Afrika əsilli olmadığından və evlənmək üçün çox gənc yaşda olduğundan Kobinin ailəsi bu evliliyə qarşı idi. Bu üzdən toyda nə ailəsi, nə də komanda yoldaşları iştirak edib. Ailəsi ilə arasındakı buzlar 2003-cü ildə Natalia Diamonte adını qoyduqları qız uşaqlarının dünyaya gəlməsi ilə əriyib. 2005-ci ildə onların daha bir qızı dünyaya gəlib və Cianna Maria-Onore adı qoyulub. Eyni gündə Şakil O Nilin də qız övladı doğulub.



Şəxsi rekordları

- Oxuduğu məktəbə ilk əyalət çempionluğunu qazandırıb.
- Filadelfiya tarixinin ən çox xal qazanan məktəblisi.
- "All-Star" oyununa ilk "5-lik"də başlayan ən gənc oyunçu.
- "Smaç" yarışının ən gənc çempionu və bunu bacaran ilk Leykers basketbolçusu.
- 10000, 14000, 15000, 16000 və 19000 xal həddini keçən ən gənc basketbolçu.
- Bir oyunda ən çox 3 xallıq basket rekordu (12).
- 2002-03 mövsümündə ardıcıl 9 oyunda 40, 12 matçda isə 35 xallıq həddi keçən 3-cü basketbolçu (1-ci Uilt Çamberlayn, 2-ci Maykl Cordan).
- "Dallas"la görüşdə 33 dəqiqə ərzində 62 xal qazanıb.
- "Yuta Cazz" və "Dallas"la qarşılaşmanın 3-cü hissəsində 30 xal qazanaraq, klub rekordu yeniləyib.
- Bir oyunda təkbaşına rəqib komandadan çox xal toplayıb ("Dallas"la görüşdə rəqib komanda 61, Kobe isə 62 xal qazanıb).
- "Toronto" önündə 81 xal toplayıb və MBA tarixində bir matçda ən çox xal toplayan ikinci basketbolçudur (1-ci sırada 100 xalla Uilt Çamberlayndır).
- 81 xal klub rekordudur və MBA tarixində 70 xalı keçən 5 oyunçudan biridir.
- Bir mövsümdə 27 dəfə 40-dan çox xal toplayaraq klub rekordunu qırıb.
- MBA tarixində bir mövsümdə ən çox 3 xallıq xal qazanıb (180 dəfə).
- 4 dəfə ardıcıl oyunlarda 50-dən çox xal toplayan ikinci oyunçudur (1-ci Uilt Çamberlayndır).
- Çamberlayndan sonra bir mövsümdə 10 dəfə 50-dən çox xal qazanan oyunçudur.

Mənbə: Apasport.az
Oxşar xəbərlər

Xəbər lenti

29 Fevral 2020
13:32

Qəbələdə qolf meydançasından, İsmayıllıda Olimpiya Kompleksindən oğurluq edildi

12:30

Suaresin “Barselona” ilə müqaviləsi bu şərtlə uzadıla bilər

12:23

Emil Balayevi "Bude-Qlimt"dən ayrıldı - SƏBƏB

11:57

Burak Yılmaz: "Ürəyimiz yanır, dövlətimiz nə istəsə, etməyə hazırıq"

11:52

Rafael Ağayev "Tokio-2020"yə lisenziya qazandı

11:50

UEFA-dan açıqlama: "AVRO-2020"nin vaxtı dəyişəcək?

11:21

Azərbaycan Premyer Liqasının qiyməti açıqlandı: Avropada neçənciyik?

10:33

"Real"ın sabiq üzvünə 8 oyunluq cəza

10:11

İtaliyada daha 3 futbolçuda koronavirusa yoluxdu

09:47

“Sumqayıt” “Keşlə”yə, “Qarabağ” “Sabah”a qarşı - YENİLƏNİR

09:14

Futbolçu və sevgilisinin satın aldığı villa göz qamaşdırır - FOTO

09:00

Nüvə obyektində işləyən kimya mühəndisi, ərindən 8 sm hündür olan futbolçu xanımı - FOTOLAR

00:19

"Traktorsazi" bu tur nə etdi?

28 Fevral 2020
23:42

Almeyda liderlə bacarmadı

22:48

AL: Son 1/8 finalçı bəlli oldu

22:07

"Murov" autsayderi "topla döydü"

20:56

Elxan Məmmədov veteranlar üçün pulu klublardan istəyəcək - MÜSAHİBƏ

19:51

Jelko Sopiç: "Şeydayevə az-az şans verəcəyik"

19:48

AFFA 6 deyir, əslində isə... - BİLMƏDİYİNİZ FAKTLAR

18:26

Millimiz "Keşlə"ni uddu, "Səbail"ə uduzdu

18:22

Məmmədyarov: "Yığma yerində sayır, federasiya bu gənci milliyə dəvət etsin"

17:51

"Qarabağ"ın hücumçusu məşhur klubla müqavilə bağladı

17:07

Çempionlar Liqası: həftənin ən yaxşısı müəyyənləşdi

17:04

"Sabah"dan 5:0 hesablı qələbə

16:17

Avroliqada erkən final: Kim kimə rəqib oldu?

15:47

Koronavirus "Yuventus", "İnter" və "Milan"ı da "vurdu"

15:31

“Qarabağ”dan Türkiyəyə başsağlığı mesajı - FOTO

15:05

Qərb derbisində vurulan qollar - VİDEO

14:06

Həm hüquqşünas, həm hakim - FOTOLAR

13:23

Tounkara Nurlan Novruzovun komandasında

12:19

Norveç klubunun məşqçisi: "Emil Balayevi izləyirdik"

11:29

ÇL-də həftənin rəmzi komandası

10:32

“Ştutqart” müdafiəçisi üçün “Qarabağ”dan 1,5 milyon avro istəyir

09:57

AFFA “Badamlı”nın şikayətini təmin etmədi

09:39

"Başakşəhər"dən möhtəşəm nəticə - VİDEO

09:00

"Barselona" ilə oyuna görə qeyri-adi dəstək - FOTOLAR

02:39

AL: "Başakşehir" 1/8 finalda, "Olimpiakos" Londonda sevindi

27 Fevral 2020
22:01

Yüksək Liqa: Bir matçda 24 qol vuruldu

20:44

İranın 23 yaşlı futzalçısı koronavirusdan öldü

20:39

Autizmli uşaq və gənclər arasında bocce yarışı keçirilib

18:56

Avropa Liqasının oyunu təxirə salındı

17:06

Emin Abbasov istefa verdi

16:34

İtaliyada futbolçu koronavirusa yoluxdu

15:28

Klub sahibi uğursuzluğun səbəbini tapdı: "Sekslə çox məşğul olurlar"

15:17

Emil Balayev Norveçə getdi - Danışıqlara başladı

15:10

İki idmançımız Paralimpiya Oyunlarına lisenziya qazandı

14:24

İtaliyalı məşqçi: "Azərbaycan millisindən təklif almışam"

13:42

İlham Əliyevə millinin forması hədiyyə edildi - FOTO

12:29

Turun ən yaxşısı müəyyənləşdi

12:27

"Keşlə"nin 7 futbolçusu rəmzi komandada

12:25

18+ film ulduzundan məşhur futbolçu ilə bağlı şok açıqlama - FOTOLAR

12:14

Nazir: "İdmançılarımıza koronavirusla əlaqədar heç bir məhdudiyyət qoymamışıq"

12:06

Premyer Liqada XIX turun təyinatları

11:44

İK-nın növbəti iclası nə vaxt keçiriləcək? - RƏSMİ

11:21

Avroliqada 1/8 finalçılar müəyyənləşir

10:50

"Keşlə" - "Qarabağ" matçının vaxtı açıqlandı

10:08

ÇL-də həftənin ən yaxşısı kim olacaq?

09:48

“Neftçi” və "Qarabağ"ın ABŞ-da yaşayan sabiq futbolçusu - FOTOLAR

09:38

Transseksualdan məşhur idmançıya ağır ittiham - FOTOLAR

09:19

"Real" evdə Qvardiolaya uduzdu - VİDEO

09:10

"Yuventus" Fransada məğlub oldu - VİDEO

01:22

ÇL: "Real" evdə, "Yuventus" səfərdə uduzdu

00:13

"Bavariya" bombardirini itirdi

26 Fevral 2020
23:06

AL: "Reyncers" 1/8 finala yüksələn ilk komanda oldu

22:19

Premyer Liqada VAR-dan istifadə olunacaq - RƏSMİ

19:18

Tahir Gözəl soyqırımdan danışdı: "Məqsədimiz klubun adına xidmət etməkdi"

18:33

Millimiz "cırtdan"a da yenildi

18:06

Mariya Şarapova karyerasını bitirdi

17:26

“Kəpəz”in məşqində Xocalı faciəsi anıldı

16:43

AFFA Şıxlarovun əməliyyatına görə nə qədər pul verdi? - DƏQİQLƏŞDİ

Facebookdan bizi izləməyi unutmayın.