"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə yığmasının 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında qalib olmaq şanslarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "The Telegraph" ispaniyalı təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
“Onlar həqiqətən yaxşıdır, lakin bu, təkcə hücumçuların istedadı ilə bağlı yox, bütün komandadan bacarığı və əzmi ilə əlaqədardır. Qaret Sautqeyt nə etməli olduğunu dəqiq bilir.
Məndə və hər kəsdə belə bir hiss var ki, İngiltərə yığması son dünya və Avropa çempionatlarında müəyyən addımlar atıb və artıq kuboku qazanmağa yaxındır. Gec-tez bu baş verməlidir. Bu, "Mançester Siti"nin hekayəsinə bənzəyir. Biz də dəfələrlə Çempionlar Liqasını qazanmağa yaxın olduq və nəhayət, sonda qalib gəldik”.
Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatında Danimarka, Serbiya və Sloveniya ilə birlikdə C qrupunda yer alıb.
Mirağa