UEFA İcraiyyə Komitəsi AÇ-2024 üçün komandaların iştirak ərizəsindəki oyunçu sayının 23-dən 26-ya qədər genişləndirmək barədə qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.
Qərar Milli Komandaların Yarışlar Komitəsinin iki həftə əvvəlki tövsiyələrinə əsasən verilib. Baxmayaraq ki, Fransa Futbol Federasiyasının prezidenti, NTCC-nin prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü Filipp Diallo, Fransa yığmasının baş məşqçisi Didye Deşam kimi, bu qərarın qəbuluna qarşı çıxıb.
Beləliklə, siyahının 26 oyunçuya qədər genişləndirilməsi ilə indi hər bir komanda matç günü bütün futbolçularının adını iştirak vərəqinə yaza biləcək.
Mirağa