13:31 09.06.2021 748

Bakı Olimpiya Stadionu AVRO-2020-yə hazırdır

"Hazırlıqlar tam gücü ilə davam edir. Artıq İsveçrə və Uels yığmaları Bakıya gəlib. Türkiyə milli komandası ilk oyununu İtaliyada keçirəcək, ona görə də ölkəmizə iyunun 12-də təşrif buyuracaq”.

Bunu "Report”a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. Onun sözlərinə görə, hazırda bütün oyunlara bilet satışı davam edir: "Mayın 15-dən oyunların biletləri satışa çıxarılıb. Təbii ki, Türkiyə millisinin burada oynayacağı qarşılaşmalara maraq daha çoxdur. Bu komandanın iyunun 16-da Uelslə keçirəcəyi oyuna 18 mindən artıq bilet satılıb. Azarkeşləri ən çox maraqlandıran suallardan biri stadiona giriş zamanı COVID-19 pasportunun tələb olunub-olunmamasıdır. Nəzərinizə çatdırım ki, bununla bağlı elə böyük tələb yoxdur. Təkcə stadiona daxil olacaq hər bir azarkeş üçün hərarətin ölçülməsi proseduru həyata keçiriləcək. Temperatur normaldırsa, o, dərhal stadiona keçə bilər".

AFFA-nın sözçüsü xüsusilə vurğulayıb ki, oyunlar günü Bakı Olimpiya Stadionunun (BOS) yaxınlığında bilet satışı həyata keçirilməyəcək: "Onlar ən azı oyunlara 1 gün qalmış biletləri almalıdırlar. Şəhərin iki nöqtəsindən BOS-a azarkeşləri daşıyacaq ekspress avtobus xətləri fəaliyyət göstərəcək. Bunlardan biri Səməd Vurğun bağının yaxınlığından, digər isə metronun Qara Qarayev stansiyasının yaxınlığındakı "Sevinc" kinoteatrı önündən yola düşəcək. Bakıda oynayacaq komandaların azarkeşləri üçün 2 toplanma məntəqəsi olacaq. Oyun günü metro da fəaliyyət göstərəcək. Taksi xidməti ilə də stadiona getmək mümkündür. Maşın buraxılışı yoxdursa, şəxsi avtomobillərdən istifadə edilməməsi tövsiyə olunur”.

F,Abdulla stadionda azarkeş tutumunun artırılma məsələsinin gündəmdə olmadığını da diqqətə çatdırıb: "Bu məsələ əvvəlcədən UEFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarda öz əksini tapmışdı. Yəni, stadionlara azarkeşlərin buraxılma faizi oyunlara ev sahibliyi edəcək ölkələrin yerli dövlət strukturları ilə razılaşdırılmış şəkildə həyata keçirilməlidir. Azərbaycanda da belə məsələlər Nazirlər Kabineti yanında Operativ Qərargahla uzun müddət müzakirə olundu və qəbul olunan qərar stadionun ümumi tutumunun 50 faizə qədəri kimi təsbit olundu. Hələlik azarkeş artımı ilə bağlı məsələ gündəmdə deyil”.

Həmkarımızın sözlərinə görə, Uels millisi "Hilton" otelində, İsveçrə yığması "Bilgah Beach"də qalır, Türkiyə komandası isə "Fairmont" otelində məskunlaşacaq: "Məşq yerləri də fərqlidir. Uelslilər Tofiq Bəhramov adına Respublika stadionunda, İsveçrəlilər "Dalğa Arena"da, türkiyəlilər isə "Bakcell Arena"da məşqlərini keçirəcək”.

BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə isə "Report” bildirib ki, pandemiyanın gətirdiyi dəyişikliklər təkcə stadionda 50 faiz tamaşaçı tutumu ilə məhdudlaşmır: "Biz ənənəvi öyrəşdiyimiz mətbuat konfransı və miks zonanı görməyəcəyik. Artıq burada jurnalistlər suallarını xüsusi öncədən təyin edilmiş proqram vasitəsilə baş məşqçi və futbolçulara ötürəcək və cavablar alacaqlar”.

BOS rəsmisinin sözlərinə görə, tədbirlər çərçivəsində stadionun giriş-çıxış məntəqələrində tribunalara daxil olarkən qida köşklərinin qarşısında ara məsafəsini qorumaq üçün nişanlar qoyulub. Ara məsafəsi tribunalarda oturacaqlar arasında da qorunacaq: "Bu barədə gələn tamaşaçıları maarifləndirmək üçün əməkdaşlar və könüllülər təlimatlandırılıb. Biletlər elə satılacaq ki, tamaşaçılar yanaşı düşməsinlər, onların arasında bir boş oturacaq olsun. Qida köşklərində hər hansı ünsiyyətin olmaması üçün şüşə arakəsmələrdən istifadə olunacaq. Tamaşaçıların bilet yoxlanışından öncə hərarətləri yoxlanılacaq. Kiminsə hərarəti yüksək olarsa tibb məntəqəsinə göndəriləcək”.

Qeyd edək ki, BOS-da iyunun 12-də İsveçrə - Uels, iyunun 16-da Türkiyə - Uels, iyunun 20-də Türkiyə - İsveçrə və iyulun 3-də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyun 2024
22:45

"Zirə"yə alqış düşür" - Qurban Qurbanov 

22:30

"Bu oyun böyüməyimizə imkan verəcək" - Rəşad Sadıqov 

21:58

Azərbaycan Kuboku: "Qarabağ" "qızıl dubl" etdi

21:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

20:17

Maksim Medvedev karyerasını başa vurdu

20:00

"Şamaxı" Ramiz Məmmədovla bağlı qərar verdi

19:20

Toni Kroosun varisi bilindi - "8 nömrə"ni ona verəcəklər

18:33

"Sevilya"da yeni baş məşqçi - RƏSMİ

17:47

U-21-in heyətində dəyişiklik

17:24

Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu

16:50

"Qrupdan çıxmaq məqsədimiz yoxdur" - İordaneski

15:57

Ronaldu Naço ilə Kazemironu "dilə tutur"

15:18

"İnanıram ki, Peres mənimlə müqaviləni yeniləyəcək" - Vinisius

14:45

"Real"da eqolu futbolçu yoxdur" - Ançelotti 

14:00

AÇ:  Azərbaycan millisi inamlı qələbə ilə başladı

13:40

Joze Mourinyu "Fənərbağça"nın yeni baş məşqçisidir - RƏSMİ

13:00

Daha bir Azərbaycan boksçusu Paris-2024-də

12:33

Final oyununa təyinatlar bilindi

12:24

Qəbələdə beynəlxalq turnir keçirilir

11:32

"Arsenal" Zinçenko ilə bağlı qərarını verdi

10:55

Günün oyunları bu kanallarda - AFİŞA

10:26

"Qarabağ" ÇL-ə ikinci mərhələdən başlayacaq

09:30

Niderlandlı oyunçu İtaliya çempionundan ayrılacaq

00:51

"Real" ÇL-in qalibi oldu

01 İyun 2024
23:09

Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak etdi

21:23

Qəbələdə şəhid övladları üçün yay düşərgəsi başlayıb

18:44

"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

18:22

Rəşad Sadıqov final oyunu barədə fikirlərini bölüşdü

17:35

Neymar son nöqtəni qoydu - Gedir?

01 Yanvar 1970
04:00

17:14

"Zirə"yə qarşı oynamaq həmişə çətindir" - Qurban Qurbanov

16:49

"Şamaxı" Əbili də yola saldı

16:26

Misli Premyer Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

15:55

ABŞ şirkəti "Everton"u ala bilmədi

15:39

"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

14:57

Bunu Azərbaycan Kubokunda 3 komanda bacarıb

14:28

"Qalatasaray" Mertenslə bağlı qərarını verdi

14:00

Rafinya Səudiyyə Ərəbistanı klubunda?

13:26

Sarriyə rekord məbləğdə təklif

13:10

"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

Facebookdan bizi izləməyi unutmayın.
X