Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyununun hakimləri açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına həvalə edilib. FIFA referisi Byorn Kyupersə Sander van Rökel və Ervin Tseynstra köməklik göstərəcək. Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasev yerinə yetirəcək. VAR hakimi niderlandlı Pol van Boekel olacaq.
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.