AVRO-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Belçika - İtaliya (1:2) matçının ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliya yığmasının 30 yaşlı yarımmüdafiəçisi Lorentso İnsinye bu görüşün ulduzu elan edilib.
Orta xətt oyunçusu inamlı oyunu ilə yanaşı, İtaliya millisinin ikinci qolunu da vurub.
İnsinye İtaliyanın "Napoli” klubunda çıxış edir.