Belçika yığmasının baş məşqçisi Roberto Martines AVRO-2020-nin 1/4 final mərhələsində İtaliya millisinə qarşı keçirdikləri oyundan (1:2) sonra fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, Martines, 1:2 hesabıyla bitən matçı belə şərh edib:
"İkinci hissədə geri dönməyə çalışdıq, lakin alınmadı. Vuracağımız ikinci qol bizə xüsusi özünəinam verəcəkdi. Ola bilsin, qələbə qazanacaqdıq.
Komandamın mübarizə gücü var. Turnir boyunca meydanda hər şey edən futbolçularımla qürur duyuram”.