İngiltərə millisinin hücumçusu Harri Keyn AVRO-2020-nin 1/4 final mərhələsində Ukrayna üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, kapitan UEFA-nın saytına belə danışıb:
"Əla axşamdır. Oyundan-oyuna "artırdığımızı" hiss edirik. Bu, çox önəmli məqamdır. Ukraynayla matçın favoriti olduğumuz üçün üzərimizdə təzyiq var idi. Hamı bizdən uğurlu nəticə gözləyirdi. Yaxşı ki, oynamaq istədiyimiz kimi oynaya bildik. Dörd top vurduq, qapımızdan qol buraxmadıq. Çoxumuz dünya çempionatının yarımfinalında Xorvatiyaya qarşı oynamışıq. Yarımfinala yüksəlib finala çıxmamağın nə demək olduğunu bilirik. Addım-addım irəliləyirik. Hədəfimiz böyük turnirlərdə qələbədir.
Hə, "Uembli"də yarımfinal matçına çıxmaq əla olacaq. Həm komandamız, həm də ölkəmiz üçün əlamətdar hadisədir. Çoxumuz bir daha böyük turnirdə belə oyuna çıxa bilməyəcəyik. Hər şey bizim üçündür, yaxşı imkanlarımız var. Şansımızı boşa verməməliyik".
Atilla