Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko AVRO-2020-nin 1/4 final mərhələsində İngiltərə yığmasından aldıqları 0:4 hesablı yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, o, matçdan sonra belə danışıb:
"İkinci mərtəbə"də zəif təsir bağışladıq. İngilislərin bu üstünlüyü sezilirdi. Uşaqlar üçün ağır idi. Biz öz prinsiplərimizdən kənara çıxmadan mübarizə aparmağa çalışdıq. Müqavimət göstərmək istəsək də, planlarımızı həyata keçirə bilmədik. Belə desək, dağın zirvəsi Ukrayna millisi üçün əlçatmaz oldu. Yəqin ki, hələ belə dağlara dırmaşmaq üçün tezdir".
Atilla