Avropa çempionatının 1/4 final matçında Ukrayna millisini 4:0 hesabıyla darmadağın edərək yarımfinala yüksələn İngiltərə ötən əsrdəki nailiyyətini təkrarlayıb.
Fanat.Az xəbər verir ki, Britaniya təmsilçisi 1996-cı ildən bəri ilk dəfə qitə birinciliyinin 1/2 finalına çıxa bilib.
Həmin AÇ-də sonradan çempion olan Almaniyaya uduzan ingilislər mübarizəni yarımfinalda dayandırmışdılar.
AVRO-2020-nin 1/2 finalında İngiltərə Londondakı "Uembli" stadionunda Danimarka millisi ilə qarşılaşacaq. Görüş 7 iyul tarixində Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Atilla