İngiltərə millisinin hücumçusu Harri Keyn AVRO-2020-nin 1/2 final mərhələsində üz-üzə gələcəkləri Danimarka millisindən danışıb.
Fanat.Az xəbər verir ulduz hücumçu fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Danimarka yığması əla komandadır. Ötən il onlarla Mİllətlər Liqasında iki dəfə qarşılaşmışıq və heç birində qələbə qazana bilməmişik. Birini uduzduq, o biri oyun isə heç-heçə bitdi. Ağır başlanğıcdan sonra (Finlandiya ilə oyunda Kristian Eriksenin ürəyinin dayanmasını və həmin görüşdəki 0:1 hesablı yenilgini nəzərdə tutur - red.) müsbətə doğru dəyişməyə başladılar. O vaxtdan bəri daha güclü görünür, inamla irəliləyirlər. Öz oyunumuz haqda düşünməliyik. Yarımfinal görüşü bizim meydanımızda keçiriləcək. Bu amildən yararlanmağa çalışmalıyıq. Bilirik ki, düzgün oynasaq, finala çıxmaq üçün əla imkan qazanacağıq".
Qeyd edək ki, İngiltərə - Danimarka matçı iyulun 7-də Londondakı "Uembli" stadionunda baş tutacaq.
Atilla