Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün qitə birinciliyinin yarımfinal mərhələsi çərçivəsində bir oyun keçiriləcək.
Londondakı "Uembli" stadionunda İtaliya və İspaniya milliləri münasibətlərinə aydınlıq gətirəcək.
Futbolsevərlər alman referi Feliks Brıxın idarə edəcəyi matçı bir neçə telekanal vasitəsi ilə canlı izləyə biləcəklər.
AVRO-2020
Yarımfinal
6 iyul
23:00. İtaliya - İspaniya
"İdman TV", TRT1, "Rossiya 1" (Россия 1).