"Tottenhem" İsveçrə millisinin və "Benfika"nın hücumçusu Haris Seferoviçi heyətinə qatmağı planlaşdırır.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, Hotspur təmsilçisinin baş məşqçisi Nunu Eşpiritu Santu 29 yaşlı Seferoviçi hücum xəttinə əsas namizəd sayır.
Mənbə "Benfika"nın sözügedən forvardı bu yay satmağa hazır olduğunu vurğulayıb.
Seferoviç geridə qalan mövsümdə "qırmızılar"ın formasıyla bütün turnirlər daxil olmaqla, 48 matça çıxıb. Bu görüşlərdə 26 qola imza atan ön xətt oyunçusu 7 məhsuldar ötürmə ilə də yadda qalıb.
İsveçrə yığması ilə hazırda davam edən AVRO-2020-nin 1/4 finalına qədər irəliləyən Haris qitə birinciliyində 5 oyuna 3 qol vurub.
Atilla