14:47 06.07.2021 866

AVRO-2020: İtaliya - İspaniya matçının favoriti...

"Qızıl top" mükafatının azərbaycanlı jürisi, tanınmış idman jurnalisti AVRO-2020-nin yarımfinalı çərçivəsində keçiriləcək İtaliya - İspaniya görüşü ilə bağlı proqnozunu açıqlayıb.

O, Fanat.Az-a açıqlamasında bildirib ki,  "AVRO-2020 yarımfinalının ilk oyununda ardıcıl 13-cü qələbəsini qazanan İtaliya ilə son 13 oyunda məğlubiyyət acısı yaşamayan İspaniya qarşılaşacaq.
 
Ümumiyyətlə, məğlubiyyətsiz seriyasını 32 oyuna çatdıran italyanlar yollarına davam etməklə bu göstəricidə 35 oyunla (2007-2009) rekordçu olan ispanları keçməyə çalışacaqlar. Yeri gəlmişkən, ardıcıl qələbə rekordu da İspaniyaya məxsusdur: 2008-2009-cu illərdə 15 oyun.

İtaliya komandası AVRO-2020-də keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb, yalnız Avstriya ilə 1/8 final qarşılaşmasında çətinlik çəksə də, İspaniya ancaq Slovakiya ilə matçda asanlıqla qalib gələrək, üç heç-heçə ilə yoluna davam edir. Məhz bu üzdən italyanlar bugünkü görüşün favoriti hesab edilir.   
Bundan başqa, hücum futboluna üstünlük verən hər iki komandada aşkar bombardirin olmaması diqqət çəkir: beş oyunda 12 dəfə rəqib qapısına yol tapan İspaniyanın heyətində 6 futbolçu fərqlənib və 3 dəfə də avtoqol qeydə alınıbsa, İtaliyanın 11 qoluna da 6 futbolçu imza atıb və 1 avtoqol qeydə alınıb.
Həmçinin İspaniyanı hər oyunda topa sahiblənmədə üstünlük qazanan komanda kimi tanısaq da, İtaliya da son vaxtlar bu göstəricidə 50 %-dən çox nəticə göstərməsilə seçilir. Axırıncı üç ildə italyanlar yalnız 2018-ci ildə Portuqaliyaya məğlub olduqları oyunda (0:1), həmçinin AVRO-2020-də İsveçrə ilə qarşılaşmada (3:0) cüzi üstünlüyü rəqibə veriblər.
 
 

Rəqiblərin 2017-ci ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Madriddə keçirilən sonuncu qarşılaşmasında İspaniyanın 3:0 hesablı inamlı qələbə qazandığını da qeyd edək. Həmin oyunda çıxış edən ispaniyalı futbolçulardan yalnız David de Xea (AVRO-2020-də ehtiyatda oturub), Xordi Alba, Serxio Buskets, Koke və Alvaro Morata, italyanlardansa Leonardo Bonuççi, Marko Verratti, Andrea Belotti, Lorenso İnsinye, Federiko Bernardeski və Çiro İmmobile bu gün də meydana çıxa bilərlər.

Qeyd edək ki, Londonun "Uembli" stadionunda keçiriləcək İtaliya - İspaniya görüşü bu axşam Bakı vaxtı ilə 23:00-da start götürəcək. 

Röya
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X