Bu gün AVRO-2020-də ikinci yarımfinal matçı keçirilib.
Fanat.Az xəbər verir ki, final uğrunda İngiltərə və Danimarka yığmaları mübarizə aparıb.
Londondakı "Uembli” stadionunda baş tutan matçı niderlandlı referi Danni Makkeli idarə edib.
Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyi üçün (1:1) əlavə vaxta ehtiyac duyulub. Harri Keyn Sterlinqin qazandığı penaltini qapıçı Kasper Şmeyxelin müdaxiləsi üzündən dəqiq yerinə yetirə bilməsə də, təkrar vuruşla qapı torunu silkələməyi bacarıb.
104-cü dəqiqədə qeydə alınan bu qolun ardından İngiltərə topa nəzarəti rəqibə verməyərək dominantlıq edib və adını finala yazdırıb.
İngiltərə - İtaliya finalı iyulun 11-də bu matçın keçirildiyi məkanda - "Uembli"də baş tutacaq.
Qeyd edək ki, digər yarımfinal görüşündə İtaliya millisi İspaniya seçməsini (1:1, penaltilərlə 4:2) yenərək həlledici matçda iştirak hüququ qazanıb.
Avropa çempionatı
Yarımfinal
7 iyul
23:00. İngiltərə - Danimarka 2:1
Qollar: Simon Kyaer, 39-öz qapısına; Harri Keyn, 104 - Mikkel Damsqaard, 30
Baş hakim: Danni Makkeli (Niderland).
London. "Uembli” stadionu.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 19. Meyson Maunt, 25. Bukayo Saka.
Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Lars