AVRO-2020-nin ən yaxşı gənc oyunçusunun adı açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya seçməsinin yarımmüdafiəçisi Pedri layiq görülüb.
18 yaşlı futbolçu turnirdə 4 oyun keçirib.
Qeyd edək ki, İspaniya seçməsi yarımfinalda İtaliya millisinə uduzaraq mübarizəni dayandırıb. İtaliya finalda İngiltərəni də sıradan çıxararaq Avropa çempionu adını qazanıb.
Röya