Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarındakı ilk çıxışında 11-ci yeri tutub.
Fanat.Az xəbər verir ki, 34 yaşlı ikiqat Avropa çempionu 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında final mərhələsinə vəsiqə qazana bilməyib. 577 xal toplayan idmançı ilk “8-lik”dən kənarda qalıb.
R.Lunyov iyunun 29-30-da isə 25 metr məsafəyə atəş açmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu gün həmçinin qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında Nigar Nəsirova və Nəzrin Abbaslı çıxış edəcəklər.