Misirin paytaxtı Qahirədə keçirilən atıcılıq üzrə dünya çempionatında fərqlənən Azərbaycan idmançısı Nigar Nəsirovanın bürünc medalı Beynəlxalq Atıcılıq Federasiyanın (ISSF) siyahısında əksini tapmayıb.
Fanat.Az xəbər verir ki, mundialda medal qazanmış ölkələr arasında hələ də Azərbaycanın adı qeyd olunmayıb.
Nəsirova oktyabrın 18-də 50 metr məsafəyə atəşaçmada fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Medal cədvəli isə sonuncu dəfə bu gün - 24 oktyabr tarixində yenilənib.
Qeyd edək ki, medal sıralamasında Çin birinci yerdədir (26 qızıl, 16 gümüş, 14 bürünc). İkinci yerdə Hindistan (12-9-13), üçüncü sırada Cənubi Koreya (3-5-6) qərarlaşıb. Oktyabrın 12-də start götürən mundiala ayın 28-də yekun vurulacaq.