UEFA Avropa Liqasında yarımfinal mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, hər iki matç eyni vaxtda baş tutub.
“Roma” İtaliyada Almaniya çempionu “Bayer”i sınağa çəkib. Leverkuzen təmsilçisi səfərdə inamlı qələbə qazanmaqla finala doğru inamlı addım atıb.
Fransada Marsel “Olimpik”i ilə İtaliyanın digər təmsilçisi “Atalanta” arasında baş tutan oyunda isə qalib müəyyənləşməyib.
Cavab matçları mayın 9-da keçiriləcək.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
2 may
"Roma" (İtaliya) - "Bayer" (Almaniya) 0:2
Qollar: Virts, 28. Andrix, 73.
Roma Olimpiya stadionu
"Olimpik Marsel" (Fransa) - "Atalanta" (İtaliya) 1:1
Qollar: Mbemba, 20 - Skamakka, 11.