"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos"un baş məşqçisi Miçel təmsilçimizlə görüş barədə fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı Yunanıstan Super Liqasının 6-cı turu çərçivəsində "Atromitos"la (2:0) matçdan sonra keçirilən mətbuat konfransında belə deyib:
"Qarabağ" üçün hansısa sistem nəzərdə tutmuşam? Bəli, qarşıdakı oyunla bağlı bəzi fikirlərim var. Müxtəlif mövqelərdə oynaya bilən, həm mərkəzdə, həm də cinahda çıxış edən Aqibu kimi futbolçularımız var. Bu, bizə çox kömək edəcək bir variantdır. 16 oyunçu ilə oynaya bilərik və sistemi dəyişmək seçimimiz var”.
Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.
Mirağa