10:00 17.02.2023 440

Gəlmələrə yatırılan sərmayə - ARAŞDIRMA

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan Premyer Liqası dünyanın dördbir yanından legioner futbolçular çıxış edir. Limitin əlverişli olması buna şərait yaradır. Səviyyəli legionerin transferi həmişə yaralı yerimiz olsa da, əcnəbi futbolçuların qıtlığından şikayətlənməyə dəyməz. Bir yandan da əcnəbilər üçün ödənən rüsum o qədər də yüksək deyil. Beş-altı il əvvələ kimi klublar bir legioneri sifariş etmək üçün 20 min manatından keçməli olurdusa, 2016-2017 mövsümündən bu məbləğ 4 dəfə azaldıldı. 

Azərbaycan klublarına bu mövsüm nə qədər legioner cəlb olunub?

Əsasən hansı ölkə təmsilçilərinə üstünlük verilib? 

Klublar 2022-2023 mövsümünün iki transfer dönəmində Peşəkar Futbol Liqasına nə qədər rüsum ödəyib?

Bu yöndə araşdırmamızın nəticəsini təqdim edirik...

Kimlərə rüsum güzəşti olunub?

Bəribaşdan çempionatın əsasnaməsindəki müvafiq bəndi xatırladaq. 
Azərbaycan klubları hər bir əcnəbi futbolçunu sifariş etmək üçün 5 min manat rüsum ödəməlidir. Mövsüm ərzində 14 futbolçunu bu məbləğə qeydiyyata aldırmaq mümkündür. Amma onların sayı 14-dən çox olduqda, rüsum onqat artaraq 50 min manata çatdırılır. Başqa sözlə, 15-ci legionerdən başlayaraq hər bir gəlmə futbolçuya görə 50 min manat tələb olunur.
Əcnəbi futbolçular üçün güzəşt də nəzərdə tutulub. Belə ki, öz ölkəsinin milli komandasının üzvü olan və təmsilçimizlə müqavilə bağladığı müddətdən əvvəlki 1 il ərzində rəsmi oyunda meydana çıxan legionerlər rüsumdan azaddır. Belələrinin sayı iki əlin barmaqlarının sayına sığacaq qədər, konkret, 9-dur: "Qarabağ"dan Marko Yankoviç və Marko Veşoviç, "Neftçi"dən Solomon Kverkveliya və Yeqor Boqomolski, "Zirə"dən İssa Cibrila və Moiz Adileu, "Sabah"dan Davit Volkov, "Sumqayıt"dan Todor Todoroski, "Turan Tovuz"dan Xulu Siyanda... 

Braziliyalılar "at oynadır"

Hazırda davam edən və 22 turu arxada qalan Azərbaycan Premyer Liqasının 2022-2023 mövsümündə 114 legioner sifariş olunub. Düzdür, onlardan 19-u ilə artıq yollar ayrılıb. Qış fasiləsində bu qədər futbolçu göndərilib. Mövsümün ikinci yarısı 95 əcnəbi futbolçu ilə davam etdirilir.  

Gəlmə oyunçuların təmsilçilik baxımından coğrafiyasına nəzər yetirsək, ötən yaydan ölkəmizə 42 ölkədən futbolçu gəlib. Üstünlük braziliyalılara verilib. Belə ki, yaydan üzübəri 13 "sambaçı" Azərbaycan klublarına cəlb olunub. İlk "üçlük"də qonşu Gürcüstan və Rusiya təmsilçiləri qərarlaşıb. 

Braziliya - 13
Gürcüstan - 9
Rusiya - 8
Fransa - 7
Nigeriya - 7
Portuqaliya - 6
Serbiya - 6
Ukrayna - 6
Qana - 4
Belarus - 3
İspaniya - 3
Monteneqro - 2
Albaniya - 2
Seneqal - 2
Xorvatiya - 2
İsrail - 2
İran - 2
Belçika - 2
Niderland - 2
Şimali Makedoniya - 2
Toqo - 2
Argentina - 2
Kolumbiya - 1
Paraqvay - 1
ABŞ - 1
Haiti - 1
Benin - 1
Yunanıstan - 1
Niger - 1
İordaniya - 1
Almaniya - 1
Yaponiya - 1
Liberiya - 1
Kamerun - 1
Böyük Britaniya - 1
Burkina Faso - 1
CAR - 1
Moldova - 1
Qvineya - 1
Bosniya və Hers. - 1
Qazaxıstan - 1
Bolqarıstan - 1

"Limit"i keçən klublar 

Klubların legioner əməliyyatlarına ayrılıqda baxsaq, "Neftçi" legionerlərə hamıdan çox ehtiyac duyub. "Ağ-qaralar" 16 əcnəbi futbolçunun xidmətindən yararlanıb. Düzdür, onlardan biri - iranlı Elşən Sabbaqi əvəzedici komandada çıxış edib.  


İkinci sırada "Sumqayıt" qərarlaşıb. Nə qədər təəccüblü görünsə də, bu mövsümə qədər "legionersiz komanda" strategiyası yürüdən "Gənclik şəhəri" təmsilçisi indi bu istiqamətdə öncüllərdəndir. "Üçlüy"ü "Qarabağ" tamamlayır. Ağdam klubu bu mövsüm 14 legioner transferi reallaşdırıb ki, onlardan 3-ü artıq komandanı tərk edib. David Sayenko isə əvəzedic komandaya cəlb olunub. Ümumiyyətlə, "Səbail"də (2) və "Qəbələ"də də "dubl"da çıxış edən legionerlər var.   

              Legioner sayı      Cəmi
             (olan+gedən) 

Neftçi           12+4                  16    
Sumqayıt      9+6                   15     
Qarabağ       11+3                 14    
Zirə               12+1                 13    
Səbail           12                     12
Qəbələ         11+1                  12    
Kəpəz           8+3                   11    
Sabah           11                     11
Turan Tovuz   9+1                 10
Şamaxı           0                       0    
Əvəzedici komanda: Səbail - 2, Qarabağ - 1, Qəbələ - 1, Neftçi - 1.

"Neftçi" ilə "Sumqayıt" onqat ödədi 

Qeyd etdiyimiz kimi, 2 klub - "Neftçi" və "Sumqayıt" 14-dən çox legioner sifariş edib və bu, güzəşt limitinin keçilməsi deməkdir. Düzdür, 16 əcnəbidən 2-si - Solomon Kverkveliyayla Yeqor Boqomolski uyğun olaraq, Gürcüstan və Belarus millilərinə çağırıldıqları üçün "Neftçi"ni ziyana salmayıblar. Başqa sözlə, bakılılar bu iki futbolçuya görə PFL-ə rüsum ödəməyib. Əvəzində Premyer Liqa klubları arasında rekord məhz "ağ-qaralar"a məxsusdur. Klub legionerlərindən ikisinə - Matias Saldanya və Kilan Lebona görə 100 min (hərəsinə 50 min) ödəyib. Digər 12 əcnəbinin hər birinə isə 60 min manat xərclənib. Beləliklə, "Neftçi" legionerlərə görə yarışı təşkil edən quruma hamıdan çox - 160 min manat rüsum ödəyib.

"Sumqayıt"da bu məbləğ 115 min manatdır. "Gənclik şəhəri" təmsilçisinin 15 legionerindən biri rüsumdan azaddır. Belə ki, Şimali Makedoniya millisinə müntəzəm dəvət olunan Todor Todoroskiyə görə "əli cibə salmaq" lazım gəlməyib. Bununla belə, güzəşt limitini aşan Azərbaycan əsilli rusiyalı futbolçu Kamran Əliyevin Premyer Liqada oynamaq üçün icazəsi "Sumqayıt"a digərlərindən onqat baha başa gəlib.   

"Qarabağ", həmçinin "Qəbələ" və "Səbail" gəlmələr üçün 60 min manat xərcləməli olub. Legioner oynatmayan "Şamaxı"nı nəzərə almasaq, əcnəbilərə ən az xərc çəkən "Turan Tovuz"dur. "Qərb təmsilçisi" 10 legionerə görə PFL-ə 45 min manat rüsum ödəyib. Əslində, bu məbləğ 50 min olmalıdır. Ancaq Cənubi Afrika Respublikası millisinə daim dəvət alan Xulu Siyanda rüsumdan azad edilib. 

Ümumilikdə, PFL legionerlərin sifarişindən 660 min matat əldə edib.

Qarabağ – 60 000 AZN

Luka Quqeşaşvili Gürcüstan – 5 000 AZN
Marko Veşoviç Monteneqro - Milli üzvü/rüsum ödənməyib
Kevin Medina Kolumbiya – 5 000 AZN
Yassin Benzia Fransa – 5 000 AZN
Adama Diakabi Fransa – 5 000 AZN
Julio Romao Braziliya – 5 000 AZN
Marko Yankoviç Monteneqro - Milli üzvü/rüsum ödənməyib
Leandro Andrade Portuqaliya – 5 000 AZN
Abdullah Zubir Fransa – 5 000 AZN
Redon Cica Albaniya – 5 000 AZN
Kvabena Ovusu Qana – 5 000 AZN
Kadi Borqes Braziliya – 5 000 AZN
İbrahim Vadji Seneqal – 5 000 AZN
David Sayenko Rusiya (dubl) – 5 000 AZN

Neftçi – 160 000 AZN

İvan Brkiç Xorvatiya – 5 000 AZN
Solomon Kverkveliya Gürcüstan - Milli üzvü/rüsum ödənməyib
Voyislav Stankoviç Serbiya – 5 000 AZN
Vato Arveladze Gürcüstan – 5 000 AZN
Ataa Caber İsrail – 5 000 AZN
Azər Əliyev Rusiya (sifariş zamanı hələ Rusiya idi) – 5 000 AZN
Sezar Meza Kolli Paraqvay – 5 000 AZN
Yeqor Boqomolski Belarus - Milli üzvü/rüsum ödənməyib
Kennet Saef ABŞ – 5 000 AZN
Yusuf Laval Nigeriya – 5 000 AZN
Qodsvey Donyo Qana – 5 000 AZN
Mamadu Mbodj Seneqal – 5 000 AZN
Gilyerme Pato Braziliya – 5 000 AZN
Elşən Sabbaqi İran (dubl) – 5 000 AZN
Kilan Lebon Fransa – 50 000 AZN    
Mateus Saldanya Braziliya – 50 000 AZN

Zirə - 55 000 AZN

Vild-Donald Gerye Haiti – 5 000 AZN
Moiz Adileu Benin - Milli üzvü/rüsum ödənməyib
Nemanya Andelkoviç Serbiya – 5 000 AZN
Dmitrios Çantakias Yunanıstan – 5 000 AZN
Abbas İbrahim Nigeriya – 5 000 AZN
İssa Cibrila Niger - Milli üzvü/rüsum ödənməyib
Andriya Lukoviç Serbiya – 5 000 AZN
Hamidu Keyta Fransa – 5 000 AZN
Loris Broqno Belçika – 5 000 AZN
Mohamed Hamdaui Niderland – 5 000 AZN
Vladislav Kulaç Ukrayna – 5 000 AZN
Toni Qomes Portuqaliya – 5 000 AZN
Filipe Paxtman Braziliya    – 5 000 AZN

Qəbələ - 60 000 AZN

Kristof Assimba-Atanqana İspaniya – 5 000 AZN
Ruan Renato Braziliya – 5 000 AZN
Andrey Strijak Ukrayna – 5 000 AZN
Feras Abu Akal İsrail – 5 000 AZN
Omar Hani İordaniya – 5 000 AZN
İsnik Alimi Şimali Makedoniya    – 5 000 AZN    
Felipe Santos Braziliya – 5 000 AZN
Yaovi Akakpo Toqo – 5 000 AZN
Ramon Maçado Braziliya – 5 000 AZN
Rafael Utziq Braziliya – 5 000 AZN
Chichin Akande Nnamchi Nigeriya (dubl) – 5 000 AZN
Əyyub Allaş Belçika - 5 000 AZN

Sabah – 50 000 AZN

Zurab Oçiqava Ukrayna – 5 000 AZN
Abdulaye Ba Portuqaliya – 5 000 AZN
Con İrasabal İspaniya – 5 000 AZN
Boyan Letiç Serbiya – 5 000 AZN
Aleksey Kaşuk Ukrayna – 5 000 AZN
Kristian da Silva Braziliya – 5 000 AZN
Coy-Lens Mikels Almaniya – 5 000 AZN
Emmanuel Apeh Nigeriya – 5 000 AZN
Kristian Sebalyos İspaniya – 5 000 AZN
Davit Volkov Gürcüstan - Milli üzvü/rüsum ödənməyib
Niachayeu Aliaksandr Belarus – 5 000 AZN

Sumqayıt – 115 000 AZN

İlnur Valiev Rusiya – 5 000 AZN
Todor Todoroski Şimali Makedoniya - Milli üzvü/rüsum ödənməyib
Stiven Pereyra Niderland – 5 000 AZN
Masaki Murata Yaponiya – 5 000 AZN
Dieqo Karioka Braziliya – 5 000 AZN
Terrens Tisdel Liberiya – 5 000 AZN
Alya Ture Qvineya – 5 000 AZN
Karim Abubakar Qana – 5 000 AZN
Filipe Çabi Portuqaliya – 5 000 AZN
Almir Aqanspahiç Bosniya və Herseqovina – 5 000 AZN
Damian Daniçiç Serbiya – 5 000 AZN
Rifat Nurmuqamet Qazaxıstan – 5 000 AZN
Riçard Qadze Qana – 5 000 AZN
Ouro-Nil Ture Toqo – 5 000 AZN
Kamran Əliyev Rusiya – 50 000 AZN

Səbail – 60 000 AZN

Petro Stasiuk Ukrayna – 5 000 AZN
Qustavo de Fransa Braziliya – 5 000 AZN
Matiya Lyuyiç Serbiya – 5 000 AZN
Qomis David Fransa – 5 000 AZN
Maksim Çex Ukrayna – 5 000 AZN
Franko Mazurek Argentina – 5 000 AZN
Emil Martinov Bolqarıstan – 5 000 AZN
Qoba Zakpa Portuqaliya – 5 000 AZN
Kizito Luvaqa Portuqaliya – 5 000 AZN 
Fakundo Kardoso Argentina – 5 000 AZN 
Tahir Hasanov Rusiya – 5 000 AZN
Elvin Valiiev Rusiya – 5 000 AZN

Kəpəz – 55 000 AZN

Mario Mustapiç Xorvatiya – 5 000 AZN
Yeqor Xvalko Belarus – 5 000 AZN
Martins Junior Braziliya – 5 000 AZN
Ahmed Ayzaya Nigeriya – 5 000 AZN
Abdullahi Şuaybu Nigeriya – 5 000 AZN
Giorgi Kantariya Gürcüstan – 5 000 AZN
Mate Kvirkviya Gürcüstan – 5 000 AZN
Salif Sisse Fransa – 5 000 AZN
Mixeil Erqemlidze Gürcüstan – 5 000 AZN
Peyman Keşavarzi İran  – 5 000 AZN
Rinat Quseynov Rusiya – 5 000 AZN

Turan Tovuz – 45 000 AZN

Denis Marandiçi Moldova – 5 000 AZN
Xulu Siyanda Cənubi Afrika Respublikası - Milli üzvü/rüsum ödənməyib
Ben Aziz Dao Burkina Faso – 5 000 AZN
Okebuqvu Henri Nigeriya – 5 000 AZN
Ayxan Quseynov Rusiya – 5 000 AZN
Piruzi Marakvelidze Gürcüstan – 5 000 AZN
Natan Oduva Böyük Britaniya – 5 000 AZN
Belajdi Pusi Albaniya – 5 000 AZN
Eva Runi    Kamerun – 5 000 AZN
İmeda Aşortiya Gürcüstan – 5 000 AZN

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.



 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

Facebookdan bizi izləməyi unutmayın.
X