"Səbail"in növbəti mövsümə hazırlığın əsas mərhələsini keçirəcəyi məkan müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi Türkiyəyə üz tutacaq.
"Dənizçilər" Ərzuruma yollanmağı planlaşdırıb. Şahin Diniyevin komandası iyulun 1-də bir araya gələcək. Toplanışın 10 günlük ilk mərhələsi Bakıda olacaq. Daha sonra komanda qardaş ölkəyə yollanıb orada təxminən iki həftəlik hazırlıq keçəcək.
Qeyd edək ki, "Səbail" son turda "Şamaxı"nı üstələyərək 9-cu yeri tutub və Premyer Liqadakı yerini qoruyub. Bundan sonra klub rəhbərliyi komandada islahatlara başlayıb. Emil Martinov, Zakra Qoba, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk və Ruslan Hacıyevlə rəsmən vidalaşan Bayıl təmsilçisinin daha bir neçə futbolçu ilə yolları ayıracağı gözlənilir. Əvəzində "Kəpəz"in kapitanı Yusif Nəbiyevlə "Sumqayıt"dan ayrılan Süleyman Əhmədovun transferi reallaşdırılıb.
Mirağa