13:29 24.08.2023 474

İntizam Komitəsi Murad Musayevi cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilib. Oyunda “Mix” zona təşkil edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimələnib. Yerli komanda zonaların tələblərinə riayət etmədiyinə görə daha 500 manat ödəyəcək. Bundan başqa, yerli azarkeşlər tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilib. 
“Turan Tovuz” da cəzadan qurtula bilməyib. Belə ki, Gəncədəki matçda “Turan Tovuz” azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsi klubun 1500 manat cərimə olunmasına şərait yaradıb. 

Misli Premyer Liqasının III turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə qonaqlar 700 manat cərimə edilib. 

Turun mərkəzi görüşü - “Sabah” – “Neftçi” derbisi də kütləvi cəzalara səbəb olub. “Sabah” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə meydan sahibləri 700 manat cərimə olunub. “Neftçi” də analoji səbəbdən eyni məbləğdə ziyana düşüb. 

“Sabah”ı baş məşqçisi Murad Musayev də ziyana salıb. Oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alan mütəxəssis 1-i şərti olmaqla 2 oyunluq cəzalanıb. “Sabah” onun davranışına görə 1000 manat cərimə edilib. Çalışdırıcıya sınaq müddəti kimi 3 ay təyin olunub. 

Bundan başqa, hər iki kluba azarkeşlərinin davranışına görə xəbərdarlıq edilib. Belə ki, oyunun rəsmi şəxslərinin ünvanına bu və digər tərəfdarların kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə ilk dəfə yaşanması səbəbindən belə qərar verilib. 

Əvəzedicilər liqasında III turda baş verənlər də müzakirə olunub və yaşananlara hüquqi qiymət verilib.

“Sabah”la “Neftçi”nin ikinci komandalarının dueli də gərginliyi ilə yadda qalıb. 
Görüşdən əvvəl “Sabah-2” komandası elektron sistemdə oyunun protokolunu gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib. Meydan sahiblərinin futbolçusu İdris İnqilablının ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması ona 2 oyun cəza, kluba 150 manat cərimə bahasına başa gəlib. Oyunda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə alıb ki, bu da əlavə 70 manat cərimə deməkdir. 
“Neftçi-2”-yə gəlincə, futbolçu Rüfət Abbasov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, Bakı klubu 300 manat cərimə olunub. Həbib İsmayılovun ikinci xəbərdarlıqdan sonra qırmızı vərəqə alması isə 1 oyun və 50 manat cəriməyə şərait yaradıb. 

“Qarabağ-2” – “Araz-Naxçıvan-2” qarşılaşmasında ev sahibi komandanın nümayəndəsi oyunöncəsi iclasa gec gəlib. Bu üzdən klub 40 manat cərimələnib. Sözügedən iclasda polis nümayəndəsi ümumiyyətlə iştirak etməyib ki, bu da 80 manat cərimə deməkdir. 

“Araz-Naxçıvan-2” isə sarı vərəqələrin bolluğuna görə 70 manat ödəyəcək. 

Nəhayət, “Qəbələ-2” – “Sumqayıt-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar matça təyin edilmiş vaxtdan gec gəldiyinə görə meydan sahibləri 80 manat cərimələnib.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X