13:54 28.08.2023 924

"İnanırıq ki, Əsgər müəllim bizi çempion edəcək" 

"İmişli" 2023/2024 mövsümündə Birinci Liqada mübarizə aparacaq. Mərkəzi aran təmsilçisinin prezidenti Aqşin Mürsəlovla ələqə saxlayıb klubun hədəfləri və planları ilə maraqlandıq.

Klub prezidentinin Fanat.Az-a müsahibəsini təqdim edirik:

- "İmişli" bu mövsüm üçün hədəfləri nədir ? 
- Bildiyiniz kimi, "İmişli" futbol ənənəsi olan rayonlardandır. Baxmayaraq ki, uzun zaman böyük futboldan kənarda qalmışdı, rayon rəhbərliyinin, deputatımızın dəstəyi ilə ötən il Birinci Liqaya çıxmağı bacardıq. Uzun fasilədən sonra futbolu rayonumuza gətirmək əlbəttə, asan olmadı. Keçənilki çətinliklərimiz oyunlarımıza sirayət etdi və çempionatı 14-15-ci yerdə tamamladıq. Buna baxmayaq, əziyyətimiz hədər getmədi. Kluba sponsor cəlb etməyi bacardıq. Bu isə daha iddialı olmağımız üçün gözəl fürsətdir. Sponsorla danışığımız da  belə olub ki, biz premyer liqaya hazır klub olmalıyıq.Bu il heyyətimizdə  buna imkan verir ki çempionluğa oynayaq.
- İlk turda "Araz Saatlı" ilə qarşılacaqsınız.Belə demək mümkünsə, mərkəzi aran derbisi olacaq. Necə fikirləşirsiniz, qalib gələ biləcəksinizmi?
- İlk turun aran derbisi olması liqanın marağına maraq qatacaq . "Araz Saatlı" bizə tanış və qonşu komandadır. Gənc olmalarına baxmayaraq, Şəhriyar müəllimin rəhbərliyi altında (baş məşqçi Şəhriyar Məmmədovu nəzərdə tutur - red) yaxşı formalaşıblar. Bizə asan olmayacaq, amma bütün oyunlarda qalib gələ biləcək gücümüz var .
- Stadionun durumu necədir? Yəqin ki, komandanın ev oyunlarında azarkeşlərdən çox şey gözləyirsiniz... 
- Futbolun yaraşığı düşünürəm ki, tamaşaçılardır. Bizim də əsas məqsədimiz İmişliyə "MKT Araz" dövrünü qaytarmaqdır. Ötən il az da olsa, buna nail olduq. Oyunlarımıza 4-5 min tamaşaçı gəldi Bunun üçün stadionda əsaslı təmirə başlamışıq. Otel və yeməkxana demək olar ki, hazırdı. Ot örtüyünə gəlincə, peşəkarlarla məsləhətləşmişik yaxın zamanda təbii ot örtüyünü dəyişmək üçün işlərə başlayacağıq. Bazada görüləcək işlərimiz çoxdur.
- Sizcə, Birinci Liqada sizə əsas rəqibləriniz hansı komandalardır? "İmişli"nin çempion olmaq şanslarınızı necə dəyərləndirirsiniz?
 - Bu il liqanın oyunları çox maraqlı və gərgin mübarizə şəraitində keçəcək. Premyer Liqaya iddialı komandalar çoxdur. Bizim iddiamız və hədəfimiz də məlumdur. Bunun üçün baş məşqçi Əsgər Abdullayevin xidmətlərindən yararlanmaq qərarına gəldik. İnanırıq ki, Əsgər müəllim bizi çempion edəcək. Bütün klub rəhbərləri ilə çox yaxşı münasibətimiz var. PFL-in iclasında bildirdiyim kimi, biz hər birimiz meydanda rəqibik, meydandan kənarda isə həmkar. Güclü rəqiblərimizin olması bizi həm daha güclü olmağa məcbur edir, həm də qələbəmizi daha möhtəşəm edir.

Nahid Məmmədov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X