23:00 02.09.2023 326

“Komanda nə qədər uduzsa da, Baxşıyev postunda qalacaq” - Nəcəfov

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov "Zirə" ilə oyundan sonra jurnalistlərə müsahibə verib.

Fanat.Az xəbər verir ki, Nəcəfov əvvəlcə komandasının 5-ci turdakı qələbəsini şərh edib:

- Komandamızdan qələbə gözləyirdik. Biz bilirdik ki, hansısa oyunda dirçələcəyik, öz oyunumuzu göstərməyə başlayacağıq. Bu gün əvvəlkilərdən daha yaxşı oynadıq. Amma yenə də, mənim istədiyim oyun bu deyil. Həmin komanda deyilik.

- Hər halda, bu qələbə psixoloji baryeri keçməyinizə kömək olacaq?

- Belə də, demək olar. Çünki dörd oyunda qalib gəlməmişdi, beşinci turda qələbə qazandıq. Ancaq belə olacağını bilirdik. Komandamızın hansısa oyunda düzələcəyinə əmin idik. Şəxsən mən komandama tam inanırdım. Bu gün yanılmadığımı gördüm.  

- Matçdakı gərginliyi nə ilə əlaqələndirirsiz?

- İnanın ki, hansısa səbəbi yoxdur. Avrokuboklarda "Omoniya" ilə oynadıq, daha sonra "Sabah"la görüşə çıxdıq. Heç bizi nəzərə də almadılar. İlk dəfə PFL haqda buradan deyirəm. Elə şikayət kimi də olsun, eşitsinlər, biz həmin günü gecə yolda olmuşduq. İstirahətə vaxtımız da olmadı. Yorğun idik.

- PFL-ə müraciət etmişdiz?

- Xeyr. İstəmədik edək. Çünki onlar özü bunu fikirləşməlidir. Qayda ilə üç gündən sonra oyuna çıxmaq olar. Onlar qaydanı pozmayıblar. Lakin nəzərə almalıydılar ki, bir günü yolda olmuşduq. "Sabah"la matçda uğursuzluğu yorğunçuluğa bağlaya bilərəm. Amma sonrakı matçlarda komanda bundan əvvəlki məğlubiyyətlərin atmosferindən çıxa bilmirdi. Fərdi səhvlər edirdik. Analiz edib çox şey danışmaq olar. Bu vəziyyətdən çıxmaq lazımdır. Sevindirici hal odur ki, öz oyunumuzu göstərib qalib gəldik.

- Söz-söhbət gəzirdi ki, komanda uduzsaydı Elmar Baxşıyev üçün "Qəbələ"də sonuncu oyun olacaqdı...

- Xeyr, qəti. Komanda liqada qalmaq şərtilə, nə qədər uduzsa da, Elmar Baxşıyev baş məşqçi postunda qalacaq. Ona və futbolçularıma tam inanıram, güvənirəm. Baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmayıb. Əvvəldən danışığımız belə bu olmayıb. Ardıcıl iki il bunu etdik. Ola bilər ki, bu mövsüm bacarmayaq. Alınsa da, lap yaxşı.

- Transfer edəcəksiz?

- Bir futbolçu gələ bilər. Danışıqlar davam edir. Legioner olacaq. Hücum xətti üçün düşünürük.

- Yenə bir illik müqavilə olacaq?

- Bundan əvvəlki illərdə komanda tam dağılırdı. Futbolçularla iki illik müqavilə edə bilməzdim, çünki dayanıqlılığımız yoxdur. Komanda dağılsaydı, gərək mən evimi, maşınımı satıb maaşları verərdim. Bu tendensiya davam etdi. Çünki indi də büdcə özümüzdən, sponsordan yox, dövlətdən asılıdır. O da uzunmüddətli deyil, deyillər ki, hər il üçün veririk.

- Akademiyanız üçün sponsor tapmışdız. Bu il sponsor sayı artacaq?

- Danışırıq. Həmin sponsorluq da dostluq əlaqələrindən yaranmışdı. Yenə davam edir. Yəqin ki, akademiyazın güclü olmasını Azərbaycanda, Qəbələdə hamıdan çox mən istəyirəm, məndən çox istəyən ola bilməz. Əlimizdən gələni edirik.

- AFFA ayrılan vəsaitdən tutulmalar etdi. Hansı kriteriyaları yerinə yetirmirdiz ki, belə oldu?

- Bəli, tutulmalar oldu. Hamısını deməyim. Ən dəqiq olanı qadın futboluna və bölgələrdə uşaq futbol məktəbinin yaranması məsələsi ilə bağlı idi. İkisi tam kəsildi. Bu da, büdcənin 8-10 faizidir. Amma başqa kəsilmələr də oldu. Halbuki, onlarla da razı deyiləm. 

- Həmin öhdəliklər bu il dəyişilib?

- Bəli. 

- Qismət Alıyevin hər dəfə “Qəbələ” azarkeşləri ilə konflikt yaşayır. Bu nə ilə əlaqədardır? Buradan gedəndə problemlə ayrılıb?

- Qəti. Buradan tam yaxşı şəkildə ayrılmışıq. Akademiyanın nümunəvi futbolçularından olub. İndi də xətrini çox istəyirəm. Oyununa da azarkeşlik edirəm. Bəzən azarkeşlər ondan fair-play qaydalarına riayət etməsini, buradakı matçlarda hakimlərlə və bizim oyunçulara mübahisələrə girməməsini istəyirlər. Oyunda olan şeylərdir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X