"Araz-Naxçıvan"ın müdafiəçisi Turan Manafov Misli Premyer Liqasının 6-cı turunda "Neftçi" üzərində qazandıqları qələbəni dəyərləndirib.
Cinah müdafiəçisi Fanat.Az-a açıqlamasında belə deyib:
"Çətin olacağını əvvəldən bilirdik.Bilirdik ki, yaxşı komandaya qarşı oynayırıq. Legionerləri çoxdur. Geniş heyrətə sahibdirlər. Adlı-sanlı komada olduğu üçün həmişə çempionluğa oynayan komandadır. Vacib 3 xal idi komanda üçün. "Neftçi"ni yaxşı təhlil etmişdik. Hər kəsi təbrik edirəm. Rəhbərliyi, meydana çıxan və çıxmayan oyunçuları, azarkeşləri bir sözlə, hər kəsi təbrik edirəm.Uşaqlar əllərindən gələni edib sona qədər vuruşdular".
Qeyd edək ki, Manafov ötən "ayın qolu" layihəsinin qalibi olduğu üçün PFL tərəfindən 1000 manatla mükafatlandrılıb.
Nahid Məmmədov