“Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
Fanat.Az xəbər verir ki, klub Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri ilə əlaqədar olaraq sözügedən stadionda keçirilməli olan “Qarabağ” – “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılmasını istəyib.
“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL “Qarabağ” – “Sumqayıt” oyununun “Azersun Arena”da keçirilməsinə qərar verib. Görüşün günü, saatı ilə bağlı dəyişiklik yoxdur.